...

Ermənistanın hərbi təxribatlarına etiraz olaraq Vyana şəhərində aksiya keçirilib (VİDEO)

Siyasət Materials 18 İyul 2020 19:57 (UTC +04:00)
Ermənistanın hərbi təxribatlarına etiraz olaraq Vyana şəhərində aksiya keçirilib (VİDEO)

Bakı. Trend:

Ermənistanın hərbi təxribatlarına etiraz olaraq bu dəqiqələrdə Avstriyanın Vyana şəhərində böyük aksiya keçirilib.

Trend xəbər verir ki, “Azeri-DER” Kültür və İş Adamları Dərnəyinin təşkilatşılığı ilə Vyana operasının önündə baş tutan etiraz aksiyasında Azərbaycan və türk diasporunun təmsilçiləri, tanınmış iş adamları, bu ölkədə təhsil alan tələbələrimiz iştirak edirlər. Əllərində Azərbaycanın və Türkiyənin dövlət bayraqlarını, alman və ingilis dillərində yazılmış "Erməni təcavüzünə son!", "Qarabağ Azərbaycanındır!" şüarları tutan mitinq iştirakçıları Azərbaycanın dövlət himnini ifa ediblər.

"Azeri-DER"in rəhbəri Yardım Günəş çıxış edərək bildirib ki, Azərbaycanın əzəli torpaqlarını işğal etmiş Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi cinayətləri və Azərbaycanın haqq səsini dünya ictimaiyyətinin diqqətinə çatdırmağa çalışırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti