Siyasi islahatlar ölkədə yeni dialoq və əməkdaşlıq mühiti yaradıb

Siyasi islahatlar ölkədə yeni dialoq və əməkdaşlıq mühiti yaradıb

Bakı. Trend:

Ölkəmizdə iqtisadi və siyasi islahatların vəhdətinin qorunması davamlı inkişafın təminatında əhəmiyyətli rol oynayır. Dövlətimizin başçısı İlham Əliyev daim bu müqayisəli təhlili aparır ki, elə ölkələr var ki, iqtisadi inkişafı ilə diqqət çəkir, amma demokratik islahatlar aşağı səviyədədir. Elə ölkələr də var ki, onlarda demokratik inkişaf geniş vüsət alsa da, iqtisadi tərəqqidən danışmaq qeyri-mümkündür. Azərbaycanın həmin ölkələrdən fərqli olaraq bu vəhdəti qoruması beynəlxalq səviyyədə də təqdir olunur. Bu gün böyük inamla qeyd etdiyimiz “Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsi mümkünsüzdür” fikri də ölkəmizin bu sahədə qazandığı təcrübədən irəli gəlir. Uğurlarımıza söykənərək bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, dövlətimizin başçısının həyata keçirdiyi islahatlar kursu çərçivəsində yeni siyasi sistem konfiqurasiyasının formalaşması xüsusi əhəmiyyət kəsb edir. Hakimiyyətin hər üç qolunda – qanunvericilik, icra və məhkəmə-hüquq sistemində islahatlar yeni hədəflərin gerçəkləşməsini şərtləndirir. Prezident Administrasiyasında, Nazirlər Kabinetində, Milli Məclisdə kadr islahatlarının həyata keçirilməsində, həmçinin bir sıra şöbələrin birləşdirilməsində, eyni zamanda, yenilərinin yaradılmasında məqsəd qarşıya qoyulan hədəflərə çatmaq, yeni prioritetlər müəyyənləşdirməkdir. Prezident Administrasiyasında həyata keçirilən dəyişiklik nəticəsində Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılması da hakimiyyətin siyasi islahatların daha da təkmilləşdirilməsində son dərəcə maraqlı olmasından xəbər verir.

Bu fikirləri Trend-ə YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə diqqəti altıncı çağırış Milli Məclisə seçkilərə yönəldərək vurğulayıb ki, bu, bir daha Azərbaycanın demokratik cəmiyyətin varlığını təsdiqləyən bütün amillərin ölkəmizdə bərqərar olmasında maraqlı olduğunu ortaya qoydu: "Ölkəmizdə çoxpartiyalı sistemin formalaşması, həmçinin bütün siyasi partiyalara fəaliyyətləri üçün bərabər şəraitin yaradılması dövlət siyasətinin əsasını təşkil edir. 9 fevral parlament seçkilərində 20-yə yaxın siyasi partiyanın iştirakı deyilənlərin bariz nümunəsidir. Dövlətimizin başçısı İlham Əliyev altıncı çağırış Milli Məclisin ilk iclasında da xüsusi vurğulayıb ki, seçkilərdə bütün siyasi qüvvələr iştirak ediblər. Nəticədə altıncı çağırış Milli Məclis çoxpartiyalı məclis kimi formalaşıb. Möhtərəm Prezidentimiz İlham Əliyev bu çağırışı da edib ki, siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində inkişaf etdirmək üçün parlamentdə təmsilçilik hüququ qazanmış bütün partiyaların nümayəndələri Milli Məclisin rəhbərliyində və parlamentin komitələrinin rəhbərliyində təmsil olunmalıdırlar. Milli Məclisin, onun komitələrinin rəhbərliyində müxalifət nümayəndələrinin təmsil olunması vətəndaş həmrəyliyi istiqamətində ən mühüm addımlardan biridir. Milli Məclisin sədr müavininin müxalifət təmsilçisi olması Azərbaycan parlamenti tarixində ilk addımdır”.

“İki sahil” qəzetinin baş redaktoru qeyd edib ki, ölkəmizdə demokratiyanın vacib elementlərindən biri kimi siyasi partiyaların fəaliyyətinə hər cür şərait yaradılıb.

Azərbaycanda çoxpartiyalı sistem mövcuddur: “Ölkəmizdə 40-dan artıq siyasi partiyanın qeydiyyatdan keçməsi, onların normal fəaliyyətləri üçün lazımi şəraitin yaradılması göz önündədir. 1992-ci ildə qəbul olunan “Siyasi partiyalar haqqında” Qanunun dövrün, zamanın tələblərinə cavab vermədiyini nəzərə alaraq yeni “Siyasi partiyalar haqqında” Qanunun qəbul olunması da deyilənlərin bariz nümunəsidir. Həmin Qanunda əsas məsələ siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsidir. Hər zaman olduğu kimi, Qanuna qeyd edilən maddənin də əlavəsi zamanı buna ilk reaksiya verənlər özlərini müxalif düşərgənin radikal qanadının təmsilçiləri hesab edənlər oldular. Həmin ünsürlər ictimai fikri çaşdırmaq üçün belə bir əsassız fikri gündəmə gətirdilər ki, guya dövlət bu addımı ilə siyasi partiyaların fəaliyyətinə nəzarəti öz üzərinə götürür. Xarici anti-Azərbaycan dairələrin əlində alətə çevrilən və maliyyəsində qaranlıq məqamlar olan partiyaların belə bir xoşməramlı addımı ajiotajla qarşılaması təbiidir”.

“Bu gün siyasi partiyalarla hakimiyyət arasında dialoqun formalaşması təqdirəlayiqdir, Azərbaycanın uğurlu inkişafı, beynəlxalq münasibətlər sistemində yeri və rolunun möhkəmləndirilməsi üçün olduqca mühüm addımdır” söyləyən V.Rəhimzadə əlavə edib ki, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin həm parlamentdə təmsil olunan, həm də parlamentdən kənarda fəaliyyət göstərən siyasi partiya rəhbərləri ilə silsilə görüşləri Azərbaycan hakimiyyətinin iqtidarla siyasi partiyalar arasında dialoq mühitinin formalaşmasında və möhkəmləndirilməsində maraqlı olmasının əyani təzahürüdür: “Hər bir görüş siyasi dialoqun möhkəmləndirilməsinə dəstəkdir. Görüşlərdə ölkədaxili siyasi münasibətlər, gerçək siyasi dialoq mühitinin yaradılması istiqamətində fikir mübadiləsi aparılır, hakimiyyət və siyasi partiya təmsilçiləri arasında görüşlərin davamlı olmasının vacibliyi bildirilir. Artıq siyasi partiyalar ümummilli məsələləri müzakirə edir, vahid mövqe ortaya qoyurlar”.

Baş redaktor bildirib ki, iqtidar bütün siyasi partiyalara dialoq təklifi ilə müraciət edir: “Müxalif düşərgədə aparılan bölgü prinsipinə uyğun olaraq konstruktiv qanadın təmsilçiləri bu təşəbbüsə dəstək verib dialoqa qatılsalar da radikal qanadda yer alan ünsürlər hər zaman müxtəlif bəhanələrlə müzakirələrdən yayınmağa cəhd ediblər. Əvvəlki illərə nəzər saldıqda görürük ki, belə görüşlər davamlı keçirilir və hər bir dialoq üçün xüsusi müzakirə mövzusu seçilirdi. Lakin özlərini müxalif düşərgənin “başbilənləri” kimi göstərənlər həmin dialoq üçün elə məsələlərin müzakirəsini tələb edirdilər ki, onların heç bir əsası olmurdu. Burada məqsəd dialoqun baş tutmaması idi. Bu gün də eyni ab-hava yaşanmaqdadır. Özünü müxalifət adlandıran antimilli şura və AXCP siyasi dialoqdan imtina edir, onlara xaricdən verilən direktivlərə uyğun şəkildə davranırlar. Hər zaman qeyd etdiyimiz kimi, dağıdıcı ünsürlərin siyasi meydanı daralıb. Sadəcə özlərində cəsarət tapa bilmədikdəri üçün həqiqətləri etiraf edib siyasət meydanını tərk edə bilmirlər”.

Prezident İlham Əliyev Xocalı soyqırımı törətmiş cəlladları da məhv etdi - Politoloq
Prezident İlham Əliyev Xocalı soyqırımı törətmiş cəlladları da məhv etdi - Politoloq
Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi paradın vaxtı açıqlandı - RƏSMİ (FOTO/VİDEO)
Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi paradın vaxtı açıqlandı - RƏSMİ (FOTO/VİDEO)
İtaliya Parlamenti Deputatlar Paltasının nümayəndə heyəti Gəncəyə səfər edib (FOTO)
İtaliya Parlamenti Deputatlar Paltasının nümayəndə heyəti Gəncəyə səfər edib (FOTO)
Loading Bars
Xəbər lenti
Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)
Ermənistan müxalifəti Paşinyanın dekabrın 8-ə qədər istefaya getməsini tələb edib
Afrikada koronavirusdan ölənlərin sayı 53 min nəfəri ötüb
Prezident İlham Əliyev Xocalı soyqırımı törətmiş cəlladları da məhv etdi - Politoloq
Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi paradın vaxtı açıqlandı - RƏSMİ (FOTO/VİDEO)
İtaliya Parlamenti Deputatlar Paltasının nümayəndə heyəti Gəncəyə səfər edib (FOTO)
Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramovun Beynəlxalq Könüllülər Günü təbriki
Azərbaycan Könüllülərinin III Həmrəylik Forumu keçirilib və “İlin Könüllüsü” mükafatı qalibləri elan olunub (FOTO)
Türkiyədə 5,2 bal gücündə zəlzələ olub
Dərsliklərdə Sinqapur təcrübəsi müzakirə edilib
Latviya Azərbaycanlılarının “Azəri” Cəmiyyətinin İdarə Heyətinin sədri Prezident İlham Əliyevi təbrik edib
AŞF FİDE-yə müraciət ünvanlayıb
Qarabağ səmalarında Azərbaycan bayrağı dalğalanır - Ərdoğan
Sumqayıtda karantin qaydalarını pozaraq fəaliyyət göstərən tədris müəssisəsi aşkarlanıb (FOTO/VİDEO)
Kəlbəcərin sonsuz gözəlliyi (FOTO/VİDEO)
Prezidentə yazırlar: Siz Azərbaycan xalqına dayaqsınız
Mingəçevir Dövlət Universitetində turizm mövzusuna həsr olunan birgə layihənin IV modul təlimi keçirilib (FOTO)
İranın sabiq vitse-prezidenti həbs edildi
Ceyhun Bayramov və Sergey Lavrov arasında telefon danışığı olub
Bu şəhər və rayonlarda sərtləşdirilmiş xüsusi karantin rejiminin müddəti uzadıldı
Azərbaycanda 4323 nəfər COVID-19-a yoluxub, 2180 nəfər sağalıb, 42 nəfər vəfat edib
“The New York Times” qəzetində Ağdamın Çıraqlı kəndi barədə məqalə dərc edilib
"Qarabağ"ın daha 5 futbolçusunda koronavirus aşkarlandı
İraq Türkmən Cəbhəsinin sədri Prezident İlham Əliyevi təbrik edib
Müdafiə Nazirliyinin nəzdində sutka ərzində fasiləsiz qaynar telefon xətləri fəaliyyət göstərir
Yerevanda növbəti etiraz aksiyası başlayıb
Polşada fermerlər traktorlarla yolu bağladı
AzəriMed QSC-nin əməkdaşı İlkin Ağakişiyev şəhidlik zirvəsinə ucaldı
Diaspor rəhbəri niderlandlı antropoloqa tarixi faktlara əsaslanan tutarlı cavab verib
Ermənilər terrorçunu Xudavəng monastırına rəhbər təyin etmişdilər - Rusiya KİV
İranda koronavirusdan ölənlərin sayı 50 min nəfəri keçdi
"Napoli"nin stadionuna Maradonanın adı verilib
Belarus portalında Azərbaycanın Vətən müharibəsində Zəfər qazanması barədə məqalə dərc edilib
RİİB-in təşəbbüsü ilə Könüllülər himni hazırlanıb (VİDEO)
Koronavirus xəstəsi ictimai yerdə saxlanılıb (FOTO)
Alban-udin xristian provaslav icmasının sədr müavini Xudavəng monastırına vaiz təyin olunub
50 gün idi itkin düşən gənc şəhid kimi qayıtdı (FOTO)
Gəncədə dezinfeksiya aparılıb (FOTO)
6 şəhər və rayonda şəhid ailələri və müharibə əlillərinə ev verilib (FOTO)
Qohumunun evindən oğurluq edən şəxs saxlanılıb
İqtidarın siyasi dialoq təşəbbüslərinin praktiki nəticələri göz qabağındadır (FOTO)
Mənzildən naməlum meyit tapılıb
İspaniya mediasında Azərbaycan həqiqətlərindən danışılıb
“Regional İnkişaf” İctimai Birliyinin ölkə üzrə könüllülərinin onlayn görüşü keçirilib (FOTO)
“Suqovuşan” elektrik stansiyaları 3 ay ərzində istismara veriləcək (VİDEO)
Sabahın hava proqnozu açıqlanıb
"Könüllülər ili”nə həsr olunmuş poçt markası hazırlanıb (FOTO)
"Meliorasiya və Su Təsərrüfatı" 1,26 miyon manatlıq müqavilə imzalayıb
Rusiyada yenidən koronavirusa rekord yoluxma qeydə alındı
Azərbaycan nefti bahalaşır
Bütövləşən Azərbaycan - 44 günlük Zəfər Salnaməmiz (FOTO/VİDEO)
Təkcə Qarabağ deyil, xalqın 90-cı illərdə dövlətinə sarsılmış inamı geri qayıtdı - Tarixçi
Ermənilər monastrdakı bütün əşyaları məhv ediblər - Xudavəng monastrına təyin olunan vaiz
Ermənistan terroru nəticəsində həlak olan 94 mülki şəxsə şəhid statusu verilib və aylıq ödənişlər təyin olunub
Gələn ilin bayram günləri müəyyənləşib
Könüllülər üçün xüsusi təklif! (VİDEO)
İnsanlar qaydalara ciddi riayət etməsə, bizi daha çətin vəziyyət gözləyir - Deputat
Prokurorluq daha 3 COVİD - 19 xəstəsinə cinayət işi başladı
KOB könüllülərinin “Könüllülər ili”nə töhfəsi
Vəkillər Kollegiyası erməni təcavüzü ilə bağlı 230 beynəlxalq təşkilata müraciət etdi
DİN-nin şəhid baş leytenantı Kamran Kazımov (FOTO)
Zərdabda yaşayış yerini tərk edən daha bir COVİD-19 xəstəsi barədə cinayət işi başlandı (VİDEO)
Bakıda 25 yaşlı COVİD 19 xəstəsi barədə cinayət işi başlandı (VİDEO)
Qarabağ Azərbaycanın və Cənubi Qafqazın aparıcı İT mərkəzinə çevrilə bilər
Bərdədə evi tərk edən aktiv koronavirus xəstəsinə cinayət işi başlandı
Bakıda ad günü keçirən qızlar və restoran sahibi cərimələndi (VİDEO)
Xudavəng monastırının dini varisləri geri qayıtdı - Monastıra vaiz təyin olundu (VİDEO)
İctimai yerlərdə aşkarlanan daha 9 koronavirus xəstəsi barədə cinayət işi başlandı
Bu il Azərbaycana idxal edilən əsas məhsulların siyahısı açıqlanıb
Moskvada koronavirusdan peyvəndləmə başlayıb
“Lexus” hasara çırpılaraq yandı
Göyçayda yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanıb
Bizim üçün qorxu deyilən şey yox idi, ölümdən belə qorxmurduq - Qarabağ qazisi
ABŞ "TikTok"un amerikan seqmentinin son satış tarixini uzatmamağa qərar verdi
Limandakı partlayışdan sonra Beyrutun bərpası 2,5 milyard dollara başa gələcək
TAP 2021-ci ildə boru kəmərinin buraxılış gücünün artırılması məqsədilə sınaq keçirəcək
Renuarın rəsm əsəri 1,18 milyon dollara satıldı
Tayson və Cons arasındakı döyüşdən əldə edilən qazanc açıqlandı
Aİ və Britaniya Brexit mövzusunda razılığa gələ bilmədilər
Avstriyanın sabiq maliyyə naziri korrupsiyaya görə 8 il həbs cəzasına məhkum edildi
ABŞ hərbçiləri Somalini tərk edir
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 628 mindən çox artıb
Azərbaycan könüllüləri portalının təqdimatı keçirilib (FOTO)
Moskvada son sutkada 6 868 koronavirusa yoluxma halı aşkarlanıb
ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Vətən müharibəsi şəhidlərinin anım mərasimi keçirilib (FOTO)
ABŞ bir sıra Çin rəsmilərinə viza məhdudiyyətləri tətbiq edir
Azərbaycan Texniki Universiteti və Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı ilə növbəti nəzəri-praktiki seminar keçirilib (FOTO)
Heydər Əliyev Mərkəzi, “Alov qüllələri” və Bakı Olimpiya Stadionu Azərbaycan bayrağı ilə işıqlandırılıb (FOTO)
Samux rayonunda evdə partıayış olub
Estoniya prezidenti özünü təcrid edir
Türkiyədə koronavirusdan sağalanların sayı 423 mini keçib
Silahlı Qüvvələrin Yardım Fonduna daxil olan vəsaitin miqdarı açıqlanıb
Ailəmin kədərini görmək istəməzdim - Şəhidlə olmayan müsahibə
Karantin qaydalarını pozaraq toy məclisi təşkil edən şəxslər həbs edilib
ABŞ və Kanadanın Buxara Yəhudiləri Konqresinin prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib
Ali Baş Komandan Vətən Müharibəsində minimal itkilərlə zəfər qazanmaq strategiyasını uğurla həyata keçirdi - İsa Həbibbəyli
Özbəkistan mediası Ermənistanın Qarabağda törətdiyi ekoloji terrordan yazıb
Qusarda ağacların kəsilməsi ilə bağlı araşdırma aparılır
“Qlobal Müdafiə Texnologiyaları Hakatonu”na start verilib
“Azərbaycan Könüllülərinin III Həmrəylik Forumu”na start verildi (FOTO)
Bütün xəbərlər