...

Təlimlərə qatılan hərbçilərin bayram günlərində istirahətləri təşkil olunub (FOTO)

Siyasət Materials 3 Avqust 2020 20:58 (UTC +04:00)
Təlimlərə qatılan hərbçilərin bayram günlərində istirahətləri təşkil olunub (FOTO)

Bakı. Trend:

Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərində iştirak edən Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının bayram və istirahət günlərində mənalı istirahətləri təşkil olunub.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçuları Naxçıvan Muxtar Respublikasının tarixi-mədəni yerlərini, “Əshabi-Kəhf Ziyarətgahı” dini-mədəni abidə kompleksini, Batabat yaylağını, Şahbuz Dövlət Təbiət Qoruğunu ziyarət ediblər.

Türkiyəli hərbçilər gəzinti çərçivəsində Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsində şəxsi heyətin sosial-məişət şəraiti, silah və texnika ilə tanış olub, əsgərlərimizlə birlikdə nahar ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti