Prezidentin köməkçisi şəhid ailələri, Qarabağ qaziləri, müharibə veteranları, əlilliyi olan şəxslər, qaçqın və məcburi köçkünlərlə işləyən QHT-lərlə görüşüb (FOTO)

Prezidentin köməkçisi şəhid ailələri, Qarabağ qaziləri, müharibə veteranları, əlilliyi olan şəxslər, qaçqın və məcburi köçkünlərlə işləyən QHT-lərlə görüşüb (FOTO)

Bakı. Trend:

Bu gün Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev şəhid ailələri, Qarabağ qaziləri, müharibə veteranları, əlilliyi olan şəxslər, qaçqın və məcburi köçkünlərlə işləyən 74 QHT rəhbəri ilə onlayn görüş keçirib.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından Trend-ə verilən məlumata görə, görüşü giriş sözü ilə açan Şura sədri Azay Quliyev bildirib ki, Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi QHT-lərə dövlət dəstəyi konsepsiyasında şəhid ailələri, Qarabağ qaziləri, müharibə veteranları, əlilliyi olan şəxslər, qaçqın və məcburi köçkünlərlə işləyən QHT-lərə dövlət dəstəyi xüsusi prioritet təşkil edir. Şura fəaliyyəti dövründə bu kateqoriyadan olan təşkilatların layihələrinə davamlı olaraq maliyyə ayırmış və onların bu sahədə olan təşəbbüslərini daima dəstəkləmişdir: "Bu gün Prezidentin köməkçisi Hikmət Hacıyevin bu istiqamətdə çalışan QHT-lərlə ayrıca görüşü dövlətin bu sahəyə nə qədər böyük əhəmiyyət verdiyini bir daha sübut edir".

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev ilk olaraq ölkəmizin ərazi bütövlüyünün qorunması uğrunda canını fəda edən bütün şəhidlərimizi yad edib və onlara Allahdan rəhmət diləyib. Hikmət Hacıyev şəhid ailələri, Qarabağ qaziləri, müharibə veteranları, əlilliyi olan şəxslər, qaçqın və məcburi köçkünlərin qayğılarının hər zaman Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət mərkəzində olduğunu və bu istiqamətdə çox böyük işlər görüldüyünü bildirib. Prezident İlham Əliyevin doğum günlərini şəhid ailələri ilə keçirdiyini deyən H. Hacıyev bunun Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan şəxslərin ruhuna və onların ailə üzvlərinə göstərilən yüksək ehtiramın nümunəsi olduğunu qeyd edib: "Cənab İlham Əliyev 2018-ci ildə yenidən Prezident seçildikdən sonra ilk Fərmanı şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı olmuşdur. Bu şəhidlərə verilən yüksək qiymət idi. Bu Fərman əsasında 10 minə yaxın şəhid ailəsinə 11 min manat məbləğində birdəfəlik ödəmələrin verilməsi nəzərdə tutulub. 8018 şəhid ailəsi və müharibədə əlil olmuş şəxs mənzillərlə təmin edilib, onlara 6900 avtomobil verilib. Dövlət cari ildə 1500 şəhid ailəsi və müharibədə əlil olmuş şəxsi mənzillərlə təmin edib və ediləcəkdir. Məcburi köçkünlərin məişət problemlərinin həllinə gəldikdə isə onu vurğulamaq istəyirəm ki, bu il ümumilikdə 7 mindən çox məcburi köçkün ailəsi mənzillərlə təmin ediləcək”.

Hikmət Hacıyev bildirib ki, Böyük Vətən Müharibəsi və Əfqanıstan müharibəsi veteranlarının mənzil və avtomobillərlə təmin edilməsi, sanatoriyalara göndərilməsi, onların müalicə olunması və s. kimi məsələlər də daim ölkə başçısının diqqət mərkəzindədir.

Prezidentin köməkçisi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın qeyd olunan kateqoriyadan olan insanların həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində böyük işlər gördüyünü vurğulayıb. Aprel döyüşləri şəhidlərinin ailələrinə, həmin döyüşlərdə sağlamlığını itirmiş hərbçilərimizin, Tovuz döyüşlərində şəhid olan hərbçilərin ailə üzvlərinin bütün qayğıları da Mehriban Əliyevanın tapşırığına əsasən Fondun nəzarətinə götürülüb.

Hikmət Hacıyev şəhid ailələrinin, Qarabağ qazilərinin, müharibə veteranlarının, əlilliyi olan şəxslərin, qaçqın və məcburi köçkünlərin hər zaman milli maraqlarımızı qətiyyətlə müdafiə etdiklərini və cənab Prezidentin həyata keçirdiyi siyasəti daima dəstəklədiklərini bildirərək onlara göstərdikləri dövlətçilik mövqeyinə görə təşəkkür edib.

Prezidentin köməkçisi bugünkü görüşün xüsusi əhəmiyyətinə toxunaraq QHT rəhbərlərinin fəaliyyət göstərdiyi istiqamətlər üzrə fikir və təklifləri ilə yaxından tanış olmaq istədiyini bildirib.

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov, "Ehtiyatda olan Zabitlərin Konfederasiyası" İctimai Birliyinin sədri Məmmədhüseyn Sarıyev, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev, "Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə" İctimai Birliyinin sədri Emin Həsənli, "Qarabağ Azadlıq Təşkilatı" İctimai Birliyinin sədri Akif Nağı, Azərbaycan Qaçqınlar Cəmiyyəti İctimai Birliyinin sədri Əziz Ələkbərov, "Zəfər" şəhid ailələrinə dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə, "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyinin sədri Şəmistan Əlizamanlı, Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli, Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası İctimai Birliyinin sədri Rey Kərimoğlu, "Əsgər Ailələrinə Dəstək" İctimai Birliyinin sədri Mətanət Cəfərova, "Azərbaycan Gözdən Əlillər Cəmiyyəti" İctimai Birliyinin sədri Səmyar Abdullayev, Azərbaycan Çernobil Əlillər İttifaqının sədri Mirhəsən Həsənov, Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov, Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, “Xankəndi” məcburi köçkünlərə dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyeva, Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov, "Dünya Azərbaycanlılarının Vətənpərvərlər" İctimai Birliyinin sədri Nəsimi Həsənov, "Qürur" şəhid ailələri xeyriyyə İctimai Birliyinin sədri Naibə Behbudova, "Müharibə Veteranı Qadınlarına Sosial Yardım" İctimai Birliyinin sədri Radə Abbas, "20 Yanvar" İctimai Birliyinin sədri Sultan Əzimzadə, "İstedadlı Əlillər" İctimai Birliyi sədri Cavad Qasımov, "20 Yanvar Şəhid Ailələrinin Hüquqlarının Təmin olunması" İctimai Birliyinin sədri Maral Zamanova, "Şəhid Ailələrinə Sosial Dəstək" İctimai Birliyinin sədri Almaz Zeynalova, Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı, Azərbaycan Vətən Müharibəsi Əlilləri Birliyinin sədri Firudin Məmmədov, "Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi" İctimai Birliyinin sədri Dadaş Quliyev və "Veteran Tankçılar" İctimai Birliyinin sədri Hacıbala Əzimov çıxış edərək Prezident İlham Əliyevə onlara göstərdiyi diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər. QHT rəhbərləri fəaliyyət göstərdikləri sahə ilə bağlı fikir və təkliflərini səsləndirərək Hikmət Hacıyevin iştirakı ilə keçirilən QHT-hökumət dialoqunu yüksək qiymətləndiriblər.

Yekunda çıxış edən Prezidentin köməkçisi Hikmət Hacıyev görüşdə fəal iştirak edən və müxtəlif təkliflər səsləndirən QHT rəhbərlərinə təşəkkür edərək bildirdi ki, onların fikir və təklifləri diqqətlə araşdırılacaq və imkan daxilində nəzərə alınacaq. Bununla yanaşı Prezidentin köməkçisi onu da xüsusi olaraq vurğuladı ki, şəhid ailələri, Qarabağ qaziləri, müharibə veteranları, əlilliyi olan şəxslər, qaçqın və məcburi köçkünlərlə işləyən QHT-lər ölkəmizin milli maraqlarının qorunmasında, vətəndaş həmrəyliyinin və hərbi vətənpərvərliyin gücləndirilməsində, cəmiyyətin ümummilli maraqlar ətrafında birləşməsində, ölkəmizə qarşı yönələn təhdid və təxribatların qarşısının alınmasında və Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə effektiv şəkildə çatdırılmasında daha fəal olmalı və bu işdə bütün potensiallarını səfərbər etməlidirlər.

Məlumat üçün qeyd edək ki, Prezidentin köməkçisi Hikmət Hacıyevin QHT-lərlə görüşü davam edəcək.

“AccessBank” taksi xidmətləri üzrə tender elan edir
“AccessBank” taksi xidmətləri üzrə tender elan edir
DSMF konsaltinq xidmətləri üçün 300 min manat ayıracaq
DSMF konsaltinq xidmətləri üçün 300 min manat ayıracaq
"Aztelekom" avadanlığın texniki dəstəyi üçün 1,4 milyon manatdan çox vəsait ayıracaq
"Aztelekom" avadanlığın texniki dəstəyi üçün 1,4 milyon manatdan çox vəsait ayıracaq
Loading Bars
Xəbər lenti
Fransada ötən sutka koronavirusdan 445 nəfər ölüb
Merkel Baydenlə xarici siyasət, pandemiya və ticarəti müzakirə edir
Kanadada koronavirusa yoluxanların sayı 750 min nəfəri ötüb
ABŞ Senatı Yellenin maliyyə naziri vəzifəsinə namizədliyini təsdiq edib
Koronavirusun mutasiyası və peyvənd çatışmazlığı daha çox ölümlə nəticələnə bilər - BMT Baş katibi
Dünyada koronavirusa yoluxanların sayı 514 mindən çox artıb
Azərbaycan Respublikasının Avropa Şurasında üzvlüyünün 20 illiyi Strasburqda qeyd olunub (FOTO)
İsraildə koronavirusa yoluxanların sayı 600 min nəfəri ötüb
İtaliyanın baş naziri istefa vermək niyyətindədir
Xırdalanda baş verən partlayışdan sonra dağıntılar altından 1 nəfərin meyiti çıxarılıb (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)
Nizami Gəncəvinin yubiley tədbirləri əhəmiyyətli beynəlxalq əməkdaşlıq platformaları formalaşdıracaq
Türkiyədə son sutkada koronavirusdan 6 682 nəfər sağalıb
Azərbaycanın imkanları azad olunan torpaqlarımızda tez bir zamanda həyatın canlanmasına inam yaradır – Komitə sədri
Hikmət Hacıyev "Atlantic Council"ə müsahibəsində regional təhlükəsizliyin quruluşundan danışıb (VİDEO)
Azərbaycan əsasən bu ölkələrə məhsul ixrac edib
Vətən müharibəsinin qəhrəman tankçılarından bir qrupu general Həzi Aslanovun ata ocağını ziyarət edib (FOTO)
Braziliyada ağır yol qəzası baş verib, 21 nəfər ölüb
Britaniyada bir sutkada koronavirusdan 592 nəfər ölüb
Ermənilərin qışqırtdığı qaragüruh dəstə indi niyə susub? - TƏHLİL
Ermənistanda daxili gərginlik, böhran pik həddə: Daha pis günlər qarşıdadır
Mədəniyyət Nazirliyi Nizami Gəncəvi ili ilə əlaqədar müvafiq Fəaliyyət Planı hazırlayacaq
İşğaldan azad edilmiş ərazilərdə torpaq islahatının aparılması üçün yeni mexanizm hazırlanacaq
İşğaldan azad edilmiş ərazilərin bərpası zamanı hər bir iqtisadi rayonun təbii-iqlim şəraiti və profili nəzərə alınacaq
AŞPA İkinci Qarabağ müharibəsi çərçivəsində atəşkəsi alqışlayıb - Avropa Şurasının baş katibi
Nazirlər Kabineti Prezidentin tapşırıqları əsasında 2021-ci il üçün prioritetləri müəyyənləşdirdi (FOTO)
Azərbaycanda bu xəstəliklər artıq yoxdur
Füzuli rayonunun Dövlətyarlı kəndi (FOTO/VİDEO)
Yaponiyada 3 min dollardan ucuz elektromobillər istehsal olunacaq
Azərbaycan Ukraynaya öz istehsalı olan mühərrik yağları ixrac edəcək
Bu pozuntulara görə mindən çox şəxs məsuliyyətə cəlb olunub
Şabranda 2 azyaşlı uşaq yanan evdən sağ çıxarılıb
Prokurorluq Bakıda qadının ölümü ilə bağlı araşdırmalara başladı
Bakıda antisanitar şəraitdə fəaliyyət göstərən müəssisənin fəaliyyəti məhdudlaşdırıldı (FOTO)
Energetika Nazirliyi İctimai Şura üzvlüyünə namizədlərin irəli sürülmə vaxtını elan edib
Azərbaycanda 273 nəfər COVID-19-dan sağalıb, 57 nəfər yoluxub, 11 nəfər vəfat edib
“BakuBus” Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verildi
Lütfi Zadənin 100 illiyik yubileyi qeyd ediləcək
İstanbulda bıçaqlı şəxs 3 Rusiya vətəndaşını yaralayıb
Astara gömrük postunda 21 kq narkotik aşkarlandı (VİDEO)
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
Baş Prokurorluq dəniz quldurları tərəfindən öldürülən azərbaycanlı ilə bağlı məlumat yaydı
Yanvarın 26-na USD/AZN rəsmi məzənnəsi
Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən Əfqan Sadıqov növbəti dəfə qəbul olunub
250 baş qırqovul vəhşi təbiətə buraxılıb (VİDEO)
Azərbaycanda işsizlik səviyyəsi 5 faizdən aşağı düşəcək
Ötən il Azercell-in LTE şəbəkəsinin ölkə üzrə genişlənməsi 85%-dən artıq olub
Azərbaycanda gənclərlə bağlı geniş tədbir keçiriləcək
MEDİA seminarlara başladı (FOTO)
Biznesinizi Yelo bankla genişləndirin
Ceyhun Bayramov İranın xarici işlər naziri ilə görüşüb
2025-ci ilə kimi şəhid ailəsi, qazi və Çernobıl əlillərinin mənzil-məişət şəraiti yaxşılaşdırılacaq - Nazir müavini
Füzuli rayonunun Kürdlər kəndi (FOTO/VİDEO)
“Azərişıq” və “Azəriqaz” kommunal sektorda əməkdaşlıq edəcəklər
Ağcabədidə yaşayış binasının bütün elektrik kabelləri yanıb
Putin onun haqqında hazırlanan filmdəki iddialara münasibət bildirib
Baş Prokurorluqda geniş kollegiya iclası keçirilib
FHN dağlıq ərazilərdə yaşayan və dağlara səfər edən vətəndaşlara müraciət edib (VİDEO)
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsi hesabat verdi
Şəhid ailələri və əlilliyi olanlara veriləcək mənzillərlər bağlı nazirlikdən AÇIQLAMA
Erməni Apostol Kilsəsinin Ermənistan siyasətinə təsiri təhlil edilib (FOTO)
“Azərbaycan Gimnastika Federasiyası” İctimai Birliyinin Ümumi Yığıncağı və İcra Komitəsinin iclası baş tutub (FOTO)
Rusiyalı deputatın adı "qara siyahı"ya salnıb - Leyla Abdullayeva
Kimya sektorunda Egey bölgəsinin ixracat lideri yenə SOCAR-ın Petkim şirkəti oldu (FOTO)
Birinci vitse-prezident Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
Dövlət qulluğu müsabiqənin test imtahanında iştirak etmək üçün qeydiyyat başlayıb
8 prokurorluq işçisi vəzifəsindən azad edilib
Ötən il 30 şəxs tutularaq Azərbaycana ekstradisiya edilib
Dəniz quldurlarının qaçırdığı gəmidə həyatını itirən azərbaycanlı Qabona gətirilib - Çavuşoğlu
Türkiyə sualtı qayığı yerli raketin sınaq atışını keçirib (VİDEO)
Pandemiyadan sonra bizi gözləyən problem: yollarda sıxlıq artacaq
Zaman puldur. Karvannews-la iş tapmaq daha asandır!
İranda bir gündə 100-ə yaxın şəxs koronavirusdan ölüb
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ötən il 39 şəxsi cinayət başında yaxalayıb
Azad olunmuş ərazilərdə şirkətlərimiz işə başlamağa hazırdır - İran XİN başçısı
Azərbaycan Prezidenti: Xudafərin su anbarı ilə bağlı planlar artıq çox aktiv fazadadır
“AzerGold” QSC-də ötən ilin yekunlarına dair onlayn müşavirə keçirilib (FOTO)
Arazın hər iki sahili boyu hər zaman soydaşlıq və dostluq münasibətləri mövcud olub - Məhəmməd Cavad Zərif
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərin yenidən qurulmasında İran şirkətlərini görməyə çox şad olarıq
Prezident İlham Əliyev: Regionda yeni vəziyyətlə əlaqədar yeni imkanlar əməkdaşlığa geniş qapılar açır
Prezident İlham Əliyev müharibə əlilləri və şəhid ailələrinin evlə təmin olunması ilə bağlı sərəncam imzalayıb
Bu ərazilərdə ov etmək qadağandır - Xidmət rəisindən açıqlama (VİDEO)
Ötən il Azərbaycanda 7 yeni partiya qeydiyyata alınıb
Masallı Xəstəxanasının direktoru həbs edildi
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 105-ci kitabı çapdan çıxıb
Ağstafa sakinindən 6 kiloqramdan çox heroin götürülüb (FOTO/VİDEO)
Şəhid polkovnik-leytenant dəfn olundu (FOTO)
281 vəzifəli şəxs barəsində 180 cinayət işinin ibtidai istintaqı tamamlanıb
DİN sahibkarın meşələri məhv etməsi və ev heyvanlarını güllələməsi ilə bağlı iddialara münasibət bildirib
Fermerləri aldadıb pul alan dələduz çobanlar saxlanıldı (FOTO/VİDEO)
DOST mərkəzlərində rekord sayda vətəndaş müraciəti qeydə alınıb (FOTO)
Fındıq bağlarına birdəfəlik əkin subsidiyası torpaq kateqoriyasına görə veriləcək
"Şahdəniz" yatağından hasil olunan kondensat satışından əldə edilən gəlir 220 milyon dolları ötüb
Əfqanıstanda İtaliya səfirliyinin avtomobili partladılıb
Dövlət Neft Fondu "Azəri-Çıraq-Günəşli" layihəsindən gəlirlərini açıqlayıb
2020-ci ildə 254 cinayətkar qrup zərərsizləşdirilib
Bu sahələr fəaliyyətini bərpa etdi (FOTOREPORTAJ)
Ötən il Azərbaycanda 67 min 972 oğlan doğulub
Papua-Yeni Qvineyada güclü zəlzələ olub
“Dostluq” memorandumu Azərbaycanla Türkmənistan arasında yeni perspektivlər açır
Bələdiyyələrlə iş Mərkəzi tərəfindən ötən il 79 858 akt tərtib olunub
Bütün xəbərlər