Məhərrəm Əliyev: Bu cür açıqlamalar Rusiyanın rəsmi mövqeyi deyil və heç vaxt Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirə bilməz

Məhərrəm Əliyev: Bu cür açıqlamalar Rusiyanın rəsmi mövqeyi deyil və heç vaxt Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirə bilməz

Bakı. Trend:

Trend Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Administrasiyanın hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyevin müsahibəsini təqdim edir

- Cənab general-polkovnik, bugünlərdə Rusiya Liberal Demokrat Partiyasının (RLDP) rəhbəri Vladimir Jirinovski tanınmış jurnalist Roman Qolovanova verdiyi müsahibədə növbəti dəfə ölkəmizə, ərazi bütövlüyümüzə, xüsusilə Naxçıvanın tarixinə qarşı qərəzli mövqe nümayiş etdirməklə, bir sıra faktları təhrif edib, açıq-aşkar əsassız fikirlər səsləndirib. Siz bu qərəzə hansı müstəvidən yanaşardınız?

- İlk öncə qeyd edim ki, Azərbaycanın ərazi bütövlüyü BMT və digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən tanınır və heç bir qərəzli mövqe, yanlış, əsassız fikir, qeyri-ciddi münasibət bu faktı kölgə altında qoya bilməz. Onu da qeyd edim ki, Vladimir Jirinovski ümumiyyətlə müxtəlif siyasi dairələrdə, o cümədən Rusiyada qeyri-ciddi fiqur kimi tanınır və onun eyni zamanda, özünü "şərqşünas" qismində təqdim etməsi heç də siyasi çəkisini artırmır, əksinə, daha da nüfuzdan salır. Lakin biz ona da əminik ki, bu cür açıqlamalar Rusiyanın rəsmi mövqeyi deyil və heç vaxt Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirə bilməz.

Bu şəxsin fikirlərinə diqqət yetirərkən, onun Azərbaycanın tarixi və ayrılmaz hissəsi olan Naxçıvana qarşı qərəzli, qeyri-peşəkar mövqe sərgiləməsindən təəssüf hissi keçirirəm. Hesab edirəm ki, RLDP rəhbərinin bu kimi davranışları və qərəzli baxışları yalnız Azərbaycanı sevməyən, dövlətimizə qarşı düşmənçilik mövqeyi sərgiləyən dairələr qarşısındakı uğursuz piar kampaniyasıdır. Yəni onun Naxçıvan barədə danışdıqları da birbaşa yalanlar üzərində qurulmuş riyakarlıqdır. Çünki tarixi həqiqətləri danmaq mümkün deyil və gec, ya da tez həqiqət, ədalət öz yerini tutur.

- Məhərrəm müəllim, Jirinovski sözügedən müsahibəsində elə danışıb ki, guya o dediklərini elmi əsaslarla sübuta yetirir və s. Sizə elə gəlmirmi ki, onun həmin fikirləri arxasında sifariş xarakterli məqamlar da dayanır?

- Ümumiyyətlə, onun Naxçıvanı "erməni ərazisi kimi" təqdim etməsi heç bir elmi – tarixi əsası olmayan uydurma, əfsanədir. Əminəm ki, tarixçilərin, eləcə də bir çox nüfuzlu tarixi mənbələrin Naxçıvan haqqında verdikləri elmi arayışlardan xəbəri olan Jirinovski bu faktları yaxşı bilir, sadəcə ermənilərin sifarişləri qarşısında bu cür səbatsız fikirləri ilə sözün əsl mənasında, siyasi rola girir. Bu, onun ilk belə rolu deyil və daha əvvəllər də bənzər halların şahidləri olmuşuq. Əgər o həqiqətən də özünü "şərqşünas" kimi təqdim edibsə, yenə də bu məsələdə ciddi yanlışlığa yol verib, xüsusilə şərqşünaslıq elminin adına ləkə vurmağa çalışıb. Çünki bildiyimiz kimi, ermənilər Qafqaza və Anadoluya gəlmələrdirlər, bunu isə tarixi faktlar isbat edir. Bəllidir ki, VI-VII əsrlərdə Qafqazda, eyni zamanda, Şərqi və Naxçıvan Anadoluda erməni mənşəli heç bir iz, nişanə belə mövcud olmayıb. Mən tarixçi deyiləm, amma buna baxmayaraq, nəinki Naxçıvanın, o cümlədən Azərbaycanın tarixi barədə kifayət qədər məlumatlıyam. Məsələn, İrəvan xanlığının və xanlıq ətrafının, həmçinin Zəngəzur mahalının qədim Azərbaycan torpaqları olması bütün tarixi aspektlərdən özünü sübuta yetirib. Ona görə də, bəzi məkrli siyasətçilər düşünməməlidirlər ki, onlar bənzər fikirləri ilə Azərbaycanın tarixini saxtalaşdırıb beynəlxalq aləmi çaşdıra bilərlər. Bu, heç də belə deyil.

- Cənab general-polkovnik, Azərbaycanın beynəlxalq siyasi arenadakı yeri və rolu artdıqca ərazi bütövlüyümüzün dəstəklənməsi ətrafındakı uğurların da şahidlərinə çevrilirik. Ümumiyyətlə, diplomatik qələbələrimizlə yanaşı, hərbi uğurlarımız arasında hər hansı bağlılıq ola bilərmi?

- Düşünürəm ki, əldə edilən bütün uğurlarımız bir-birinə bağlıdır və əlbəttə, hər bir zəfər qalibiyyətə doğru atılan növbəti addımdır. İstər diplomatik, istərsə də hərbi qələbələrimiz bir məcrada – güclü dövlətçilik adı altında birləşməklə, Azərbaycanımızın adını daha çox yüksəklərə qaldırır. Söz yox ki, beynəlxalq hüququn birmənalı olaraq ərazi bütövlüyümüzü tanıması da həmin uğurların bir parçasıdır. Lakin onu da unutmamalıyıq, Azərbaycan dövlətinin hərbi gücü və strategiyası da imkan verir ki, işğal altındakı torpaqlarımızı qısa müddətdə azad edək, hətta tarixi torpaqlarımızda anti-terror əməliyyatları aparaq. Bunu cənab Ali Baş Komandanımız, Prezident İlham Əliyev də öz çıxışlarında qətiyyətlə vurğulayıb. Məhz bu dönməz siyasi xətt, qətiyyətli mövqe növbəti qələbələrə aparan yol kimi təcəssüm oluna bilər. Azərbaycan xalqı bunu bilir, dərk edir və əlbəttə ki, dəstəkləyir. Əbəs deyil ki, artıq ölkəmizdə dövlət-xalq-ordu birliyi özünü ən ali dərəcədə tərənnüm etdirməkdədir.

- Məhərrəm müəllim, Nikol Paşinyanın bu yaxınlarda yenidən Dağlıq Qarabağa etdiyi qanunsuz səfəri və səfəri çərçivəsində Tovuz rayonu ilə sərhəd ərazilərində təxribat törədən hərbi qulluqçuları mükafatlandırması Ermənistanın işğalçılıq mövqeyindən geri çəkilməyəcəyi anlamını daşıya bilərmi?

- Bilirsiniz, bir hərbiçi olaraq, bu kimi məsələlərdə də mövqeyimi hərbi yöndən ictimailəşdirməyə çalışıram. Lakin bununla yanaşı, qeyd etmək istərdim ki, aparılan uğurlu siyasət və diplomatik nailiyyətlər ölkəmizin ərazi bütövlüyünün qorunub-saxlanılmasına, möhkəmləndirilməsinə tam təminat verir. Əgər bu gün işğalçı ölkənin rəhbəri torpaqlarımıza səfər edirsə, bu səfərlərin hər biri diqqətimizdə saxlanılır və ümumiyyətlə, düşmənin hər addımı bizim tam nəzarətimiz altındadır. Bayaq da qeyd etdiyim kimi, işğalçıların bu kimi addımları davam edənə qədər onlar Azərbaycan Ordusunun, Silahlı Qüvvələrinin ağır zərbələri altında qalacaqlar, yəni ərazilərimiz tam şəkildə azad olunana qədər. Bu baxımdan, hesab edirəm ki, əgər Paşinyan təxribatçı əsgərlərini mükafatlandırırsa, artıq onun özü də həmin təxribatçıların bir hissəsinə çevrilir və bu əməlinin də cavabını alacaq.

Ancaq son olaraq xatırlatmaq istərdim ki, Naxçıvan, Qarabağ ətrafında bənzər manipulyasiyalara yol verən qərəzli siyasətçilər və onların ermənipərəst havadarları da yaxşı bilirlər ki, publikaya oynadıqları məkrli oyunlarının heç bir əsası yoxdur, əksinə, onlar özlərinə zərər edirlər.

Bitkoinin qiyməti 11 faizdən çox ucuzlaşıb
Bitkoinin qiyməti 11 faizdən çox ucuzlaşıb
AEBA İranın uranı 60 faizə qədər zənginləşdirməyə başladığını təsdiqlədi
AEBA İranın uranı 60 faizə qədər zənginləşdirməyə başladığını təsdiqlədi
"Twitter"in işində nasazlıq yaranıb
"Twitter"in işində nasazlıq yaranıb
Loading Bars
Xəbər lenti
Ombudsman Səbinə Əliyeva 3-cü “Fərqli Fərdlər” Konqresində iştirak edib (FOTO)
İsmayıllıda COVİD-19 xəstəsi bazarda aşkarlanıb
Suriya prezident seçkilərinin vaxtını təyin edildi
Bədii gimnastlarımız Dünya Kubokunda iştirak edib
Adobe şirkətinin təsisçisi və PDF formatının yaradıcısı Çarlz Geşke vəfat edib
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyyətinin zoom vasitəsilə XIX toplantısı keçirilib
İranda koronavirusa yoluxanların sayı 2,2 milyona çatıb
Bitkoinin qiyməti 11 faizdən çox ucuzlaşıb
Rusiyada son sutkada koronavirusdan 389 nəfər ölüb
Çexiya 18 rus diplomatının ölkədən çıxarır
Ağdam rayonunun Saybalı kəndi (VİDEO)
Gürcüstanda koronavirusa daha 818 nəfər yoluxub, 793 nəfər ölüb
ABŞ-da naməlum şəxs yas mərasimində atəş açıb, ölən var
Sabahın hava proqnozu açıqlanıb
Ağdamda minaya düşən şəxslə bağlı araşdırma aparılır
İranda güclü zəlzələ qeydə alınıb
Xızı rayonunda sursat aşkar edilib (FOTO)
Qubadlı rayonunun Tarovlu kəndi (VİDEO)
Azərbaycan XİN 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar bəyanat yayıb
Ağdam sakini minaya düşüb (FOTO)
Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub, 2 nəfər tüstüdən zəhərlənib
Cüdo üzrə Avropa çempionatı: 4 idmançımız mübarizəyə başlayır
Samuxda “Təmiz hava” aylığı ilə əlaqədar reyd keçirilib (FOTO)
Qubada ev və ona bitişik tikili yanıb
Daha 2 boksçumuz dünya birinciliyində 1/4 finala vəsiqə qazanıb
Dünyada koronavirusa yoluxanların sayı 139 milyonu ötüb - ÜST
Yaponiyada 5,8 bal gücündə zəlzələ baş verib
Ekvadorda prezident seçkilərinin ikinci turunda Qilyerme Lasso qalib gəlib
AEBA İranın uranı 60 faizə qədər zənginləşdirməyə başladığını təsdiqlədi
ABŞ-da naməlum şəxs ticarət mərkəzində atəş açıb
Fransa bəzi ölkələrdən gələn qonaqlar üçün karantin tətbiq edib
Gürcüstanda 4,5 bal gücündə zəlzələ baş verib
İspaniya Kuboku: "Atletik" klubu bir ay ərzində ikinci dəfə finalda məğlub olub
Hindistanda koronavirus xəstələrinin müalicə olunduğu xəstəxanada yanğın olub
Türkiyədə son sutkada koronavirusdan 52 184 nəfər sağalıb
İngiltərə Kuboku: "Çelsi" "Mançester Siti"ni məğlub edərək finalına çıxıb
“Yaşıl Marafon” layihəsi çərçivəsində Bakıda ağacəkmə aksiyası keçirilib (FOTO)
Türkiyə sahillərində zəlzələ qeydə alınıb
Özbəkistan ilin sonuna qədər COVID-19-a qarşı öz peyvəndinin istehsalına başlaya bilər
"Bavariya"nın baş məşqçisi mövsümün sonunda komandadan ayrılmaq istədiyini açıqlayıb
Myanmada toqquşmalarda ölənlərin sayı 730-a çatıb
Böyük Britaniyada şahzadə Filipin dəfn mərasimi keçirilib
Sabirabadda ikimərtəbəli ev yanıb
"Twitter"in işində nasazlıq yaranıb
Ağacların kəsilməsi ilə bağlı şikayət araşdırıldı
2 gənc buza dırmanacaq, çayı keçəcək, dağda yatacaq... – AzTV-də maraqlı veriliş başlayır (VİDEO)
Gədəbəydə ikimərtəbəli evdə yanğın olub
Ermənilərin yeganə şansı bütün qondarma ərazi iddialarından imtina etməkdir - Əli Hüseynli
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlandı
Azərbaycanda 2 148 nəfər COVID-19-a yoluxub, 30 nəfər vəfat edib
Baş Prokurorluq və DİN birgə məlumat yayıb
Şirkət rəhbəri külli miqdarda dələduzluğa görə həbs edildi
Azərbaycanda bu sahələrdə daha yüksək maaş verilir
Ermənistan yanlış siyasətinə, terrorçu və təxribatçı əməllərinə görə cavab verir - Deputat
Azərbaycanda qaz hasilatı artıb
"VICE News"un Ermənistanın Bərdəyə raket zərbəsi barədə reportajı beynəlxaq mükafata namizəd irəli sürülüb
Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM
Bakıda quldurluq: Pizza şirkətinin əməkdaşını hədələyib 500 manatını aldılar (VİDEO)
Milli Məclisin nümayəndə heyəti MDB PA-nın tədbirlərində iştirak edib (FOTO)
Azərbaycan qazı Avrasiyada qaz hasilatı artımının aparıcı qüvvələrindən biridir
2021 Formula 1 Azərbaycan Qran Pri yarışı ilə bağlı viza prosedurları sadələşdirilir - SƏRƏNCAM
İranda ötən sutka 21 min nəfər koronavirusa yoluxub, 319 nəfər ölüb
Ağdamda müasir tələblərə cavab verən heyvan kəsimi məntəqəsinin inşasına start verilib (FOTO/VİDEO)
Mingəçevirdə “Təmiz hava” aylığı çərçivəsində reyd keçirilib (FOTO)
Cəbrayıl rayonunun Daş Veysəlli kəndi (VİDEO)
Xətaidə kafeyə gedən, orada insanlarla görüşən koronavirus xəstəsi saxlanılıb (VİDEO)
Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Fərman imzalanıb
İşğalçılar Alban məbədlərini saxtalaşdırıblar, dağıdıblar - Alban-udi dini icmasının sədr müavini (VİDEO)
Azərbaycan parlament nümayəndə heyəti Sankt-Peterburqda Ulu öndər Heydər Əliyevin xatirəsini yad edib (FOTO)
Ermənilər Qarabağın hər bir kvadratmetrini saxtalaşdırmaq istəyib - Alban-Udi icmasının rəhbəri (VİDEO)
Kanalizasiya quyularının qapaqlarını oğurlayan şəxs saxlanılıb (FOTO)
İran Azərbaycana ticarət attaşesi göndərir
Qubada Türkiyə-Azərbaycan Qardaşlıq Parkı tikilir (FOTO)
Azərbaycan nefti bahalaşıb
Toyvo Klaar separatçı ilə görüş qərarı verərkən beynəlxalq hüququn prinsiplərini əsas götürməli idi - Ukraynalı ekspert
Bakıda evdən 80 min dollarlıq qızıl külçələr oğurlandı (FOTO/VİDEO)
BMT Qarabağın minalardan təmizlənməsi ilə bağlı Rusiyanın təklifini cavablandırmayıb - Şoyqu
Alban-Udi xristian dini icmasının üzvləri Tuğdakı qədim alban məbədində – Trend TV-nin REPORTAJI
Rusiyada bir gündə 398 nəfər koronavirusdan ölüb
Bu il 700 minə yaxın şəxsə sosial müavinət və təqaüd ödənilib
Bakıda yeni avtobus xətti istifadəyə verilir (FOTO)
Minsk qrupunun Qarabağ münaqişəsinin həlli ilə bağlı missiyası başlamamış başa çatdı - Əli Hüseynli
Qəbulda qohumbazlıq, korrupsiya tüğyan edirdi - Məleykə Abbaszadə
Sabah hava küləkli olacaq
YAP İdarə Heyətinin üzvü partiyanın fəal gəncləri ilə görüşüb (FOTO)
Bakıda 28 yaşlı gənci qatar vurub öldürməsi ilə bağlı cinayət işi açılıb
Çində kimya zavodu partlayıb
Şərqi Avropa portalında “Minalar, Qarabağ və Ermənistanda böhran” adlı məqalə dərc olunub
Qaradağda top mərmisi tapılıb (FOTO)
Karantini pozan repetitor saxlanılıb
Son üç ayda 17 uşaq övladlığa verilib
Masallıda yas mərasimi dayandırılıb, 7 nəfər cərimələnib (FOTO)
Milli Məclisin sədri beynəlxalq təşkilatları Ermənistana təsir göstərməyə çağırıb (VİDEO)
30 il susan Minsk qrupu ermənilərin məğlubiyyətini görəndə Azərbaycana təzyiqə başladı - Komitə sədri
Xırdalanda 6 şəhidin xatirəsinə bulaq kompleksi tikilib (FOTO)
Ötən gün 21 yanğın olub, 2 nəfər xilas edilib (VİDEO)
Alban-Udi dini icmasının üzvləri Tuğ kəndinə səfər ediblər (FOTO)
Qubadlıda ermənilərin qoyub qaçdığı döyüş sursatları aşkar edilib (VİDEO)
"Anglo Asian Mining" Azərbaycanda qızıl hasilatını 25 faiz azaldıb
Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb
Bütün xəbərlər