...

MN: İşğalı altında olan vacib yüksəkliklər uğrunda döyüşlər aparılır

Siyasət Materials 27 Sentyabr 2020 12:20 (UTC +04:00)
MN: İşğalı altında olan vacib yüksəkliklər uğrunda döyüşlər aparılır

Bakı. Trend:

Azərbaycan Ordusunun bölmələri cəbhənin Tərtər-Ağdam, Füzuli-Cəbrayıl və Murovdağı istiqamətlərində Ermənistan qoşunlarının işğalı altında olan vacib yüksəkliklər uğrunda döyüşlər aparırlar.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, raket-artilleriya qoşunları və aviasiya vasitələri düşmənin komanda məntəqələrinə zərbələr endirir, manevr edən çoxlu sayda canlı qüvvəsini, döyüş texnikasını və hərbi obyektlərini məhv edirlər.

Bütün cəbhə boyu şiddətli döyüşlər gedir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti