Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib (FOTO) (YENİLƏNİB)

Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib (FOTO) (YENİLƏNİB)

Bakı. Trend:

Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.

Trend xəbər verir ki, dövlətimizin başçısı iclasda çıxış edib.

Prezident İlham Əliyevin çıxışı

- Bildiyiniz kimi, bu gün səhər tezdən Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı növbəti hərbi təxribat törətmişdir. Bu təxribat nəticəsində itkilərimiz var, həm mülki əhali, həm də hərbçilər arasında. Bu, bir daha onu göstərir ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti davam edir və bu siyasət Ermənistanın faşist mahiyyətini bütün dünyaya göstərir.

Səhər tezdən məlumatı alan kimi, mən Müdafiə naziri, digər aidiyyəti qurumların rəhbərləri ilə əlaqə saxladım, müvafiq göstərişlər verdim və bu göstərişlər əsasında hazırda Azərbaycan Ordusu genişmiqyaslı əks-hücum əməliyyatına başlamışdır.

Bildirməliyəm ki, Ermənistanın hərbi təxribatı planlaşdırılmış təxribatdır. Onlar bu təxribata uzun müddətdir ki, hazırlaşırdılar. Bizdə olan operativ məlumat onu göstərirdi ki, Ermənistan bizə qarşı yeni müharibəyə başlamaq fikrindədir. Mən bu məsələ ilə bağlı artıq son bir həftə ərzində bir neçə dəfə həm televiziya kanallarında müsahibəmdə, eyni zamanda, BMT kürsüsündən çıxış edərkən öz fikirlərimi bildirmişdim və demişdim ki, təcavüzkar dövlət dayandırılmalıdır. Onlar yeni müharibəyə hazırlaşırlar.

Bu gün mən Azərbaycan xalqına müraciət etdim. Müraciətdə bu təxribatın səbəbləri və son müddət ərzində Ermənistanın çirkin addımları haqqında geniş məlumat verdim, fikirlərimi bölüşdüm, onları təkrarlamaq istəmirəm. Sadəcə olaraq, bir daha bildirirəm ki, bu gün səhər tezdən bizə qarşı edilən hərbi hücum planlaşdırılmış hərbi təxribat idi. Çünki bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan bizim mövqelərimiz atəşə tutuldu və eyni zamanda, yaşayış məntəqələrimiz, kəndlərimiz atəşə tutuldu. Qeyd etdiyim kimi, mülki əhali arasında itkilərimiz var. Bu, bir daha Ermənistanın, Ermənistan faşizminin eybəcər sifətini göstərir. Çünki dinc əhaliyə qarşı belə qəddarlıq ancaq faşist dövlətlərə aid ola bilər və birinci dəfə deyil, Tovuz hadisələrində, ondan sonra digər hadisələrdə, Xocalı soyqırımı erməni vəhşiləri tərəfindən əliyalın dinc əhaliyə qarşı törədilmişdir və bu dəfə də Ermənistanın əsas hədəfi bizim yaşayış məntəqələrimizdir. Onlar bu atəşi açmaqla istəyirlər ki, Azərbaycan ictimaiyyəti, Azərbaycan vətəndaşları arasında, cəbhəboyu yerləşən kəndlərdə, şəhərlərdə yaşayan insanlar arasında təşviş yaransın. Amma tam qətiyyətlə deyə bilərəm ki, - bu gün səhər mən bütün bölgələrdən, cəhbəyanı bölgələrdən məlumat almışam, - Azərbaycan vətəndaşları cəsarət göstərirlər, hər kəs öz yerindədir, ordumuza, dövlətimizə hər an dəstək verməyə hazırdırlar və bunu edirlər.

Azərbaycan Ordusu bu hərbi təxribata cavab olaraq, hazırda əks-hücum əməliyyatı keçirir. Deyə bilərəm ki, əməliyyat uğurla keçirilir. Prezident Administrasiyasına, eyni zamanda, Müdafiə Nazirliyinə göstəriş verildi ki, əhali müntəzəm olaraq hadisələrin gedişatı ilə bağlı məlumatlandırılsın. Onu deyə bilərəm ki, uğurlu əks-hücum əməliyyatı nəticəsində düşmənin canlı qüvvəsinə və hərbi texnikasına böyük ziyan vurulmuşdur. Əks-hücum nəticəsində Azərbaycanın işğal altında olan bir neçə yaşayış məntəqəsi işğalçılardan azad edilib. Bu münasibətlə bütün Azərbaycan xalqını təbrik edirəm!

Mən əminəm ki, bizim uğurlu əks-hücum əməliyyatımız işğala son qoyacaqdır! Ədalətsizliyə son qoyacaqdır! Otuz ilə yaxın davam edən işğala son qoyacaqdır! Çünki Azərbaycan xalqı öz torpağında yaşamaq istəyir. Azərbaycan vətəndaşı Vətən həsrəti ilə yaşayır. Ermənilər tərəfindən, Ermənistan rəhbərliyi tərəfindən öz dədə-baba torpaqlarından zorla didərgin salınmış insanlar öz doğma ocaqlarına qayıtmaq istəyirlər. Baxmayaraq ki, artıq onların ocaqları vəhşilər tərəfindən dağıdılıb. Baxın Ağdam şəhərinin qalıqlarına. Baxın Füzuli şəhərinin qalıqlarına. Baxın işğal edilmiş ərazilərdə bizim məscidlərimizin, qəbiristanlıqlarımızın dağılmış vəziyyətinə. Bütün bunları erməni cəlladları törədib və biz tam haqlıyıq. Bizim mübarizəmiz haqq mübarizəsidir və bu gün Azərbaycan vətəndaşları dövlətə tam dəstək göstərirlər, bu dəstəyi biz daim hiss edirik. Azərbaycan vətəndaşı Azərbaycan Ordusunun yanındadır. Otuz ilə yaxın öz doğma torpaqlarına qayıda bilməyən soydaşlarımıza da üz tutub deyirəm, biz əlimizdən gələni edəcəyik ki, sizi öz doğma torpaqlarınıza qaytaraq.

Mən Ermənistana xəbərdarlıq etmişdim. Tovuz hadisələrindən sonra bir neçə dəfə xəbərdarlıq etmişdim ki, əgər onlar öz çirkin əməllərindən əl çəkməsələr peşman olacaqlar. Biz onlara 2016-cı ildə, 2018-ci ildə, bu ilin iyul ayında dərs verdik. Amma görünür ki, bu, onlar üçün dərs olmadı. Bu dəfə də dərs veririk və verəcəyik. Bu gün şanlı Azərbaycan Ordusu böyük uğurla əks-hücum əməliyyatı keçirir və bu əməliyyat davam edir.

Onu da bildirməliyəm ki, bizim bütün hərbi hissələrimizdə, hərbi birləşmələrimizdə ruh yüksəkliyi var. Eyni zamanda, ordumuza könüllü yazılanların sayı on minlərlə insanı əhatə edir. Bu, xalqımızın öz dövlətinə sadiqliyini göstərir.

Dağlıq Qarabağ məsələsi bizim milli məsələmizdir. Dağlıq Qarabağ məsələsinin həlli bizim tarixi vəzifəmizdir. Mən dəfələrlə demişəm, bu gün də demək istəyirəm, biz bu məsələni elə həll etməliyik ki, Azərbaycan xalqı bundan razı olsun. Biz bunu elə həll etməliyik ki, tarixi ədalət bərpa edilsin. Biz bunu elə etməliyik ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun.

Mən müxtəlif dövrlərdə dəfələrlə demişəm ki, bizə bu məsələnin, bu münaqişənin yarımçıq həlli lazım deyil. Biz öz torpağımızdayıq, bizim başqa ölkələrin torpağında gözümüz yoxdur. Amma öz torpağımızı heç kimə verən deyilik. Mən dəfələrlə demişəm, biz heç vaxt imkan verə bilmərik ki, Azərbaycan torpaqlarında ikinci qondarma erməni dövləti yaradılsın. Heç vaxt imkan verə bilmərik və bugünkü hadisələr onu bir daha göstərir.

Dağlıq Qarabağ bizim əzəli tarixi torpağımızdır. Mən Dağlıq Qarabağın tarixi ilə, keçmişi ilə bağlı beynəlxalq tədbirlərdə müxtəlif kürsülərdən dəfələrlə öz sözlərimi demişəm. Tarixi həqiqətləri dünya ictimaiyyətinə çatdırmışam. Bizim məqsədyönlü və yorulmaz səylərimiz nəticəsində bu gün Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dünyada tam geniş təsəvvür var. Ancaq münaqişənin ilk illərində bu, belə deyildi. Münaqişənin ilk illərində dünya erməniliyi Azərbaycanı işğalçı kimi, təcavüzkar kimi təqdim edirdi. Əfsuslar ki, o vaxt Azərbaycan rəhbərliyində olmuş şəxslər bu təbliğata qarşı öz sözünü deyə bilmədilər. Azərbaycan elə bir ağır vəziyyətdə idi ki, torpaqlarımız əldən gedirdi, amma dünyada elə bilirdilər ki, Azərbaycan təcavüzkardır. Qarabağ torpaqlarının itirilməsinin səbəbkarı Azərbaycan Xalq Cəbhəsi Partiyası, Müsavat Partiyasıdır. Məhz onların dövründə torpaqlarımız işğal altına düşüb. Onların xəyanətkar, yarıtmaz fəaliyyəti nəticəsində biz bu torpaqları itirmişik. Mən həmişə deyirdim ki, biz müvəqqəti itirmişik, biz bu torpaqlara qayıtmalıyıq. Şuşanın satılması sırf o vaxt hakimiyyət uğrunda gedən mübarizənin nəticəsində baş vermişdir. Kəlbəcərin, Laçının işğal altına düşməsi Azərbaycan Xalq Cəbhəsi hakimiyyətinin birbaşa məsuliyyətidir. Məhz bu işğaldan sonra demək olar ki, növbəti işğal da qaçılmaz oldu. Çünki Laçının, Kəlbəcərin, Şuşanın işğal altına düşməsi Dağlıq Qarabağ ilə Ermənistan arasında coğrafi bağlantı yaratmışdır. Belə olan halda əlbəttə ki, o bölgələrə, Dağlıq Qarabağa silah təchizatı, ondan sonra digər maddi resursların təchizatı asanlaşmışdır.

Bu gün biz Azərbaycan Xalq Cəbhəsi Partiyasının və Müsavat Partiyasının yarıtmaz əməllərini, bu ləkəni Azərbaycanın üstündən silirik. Bu gün biz öz torpaqlarımızı bərpa edirik. 2016-cı ildə Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsi işğalçılardan azad edildi. Bu gün - 2020-ci ildə, artıq bir daha qeyd etmək istəyirəm ki, bir neçə yaşayış məntəqəmiz işğalçılardan azad edildi, bir neçə strateji yüksəkliklər Azərbaycanın nəzarətinə keçdi. Güclü Azərbaycan Ordusu güclü siyasi iradəyə əsaslanır.

Ordu quruculuğu mənim fəaliyyətimdə həmişə birinci yerdədir. Hərbçilər də, Azərbaycan xalqı da bunu bilir. Həmişə demişəm ki, ordumuz üçün nə lazımdırsa, biz onu da edəcəyik. Biz güclü, iradəli ordu yaratmışıq. Bizim bütün silahlı birləşmələrimiz müasir standartlara cavab verir və döyüş tapşırığını şərəflə, vicdanla, cəsarətlə yerinə yetirir. Bu gün əks-hücum əməliyyatında bizim müxtəlif silahlı birləşmələrimiz iştirak edir və vahid komandanın rəhbərliyi altında əks-hücum əməliyyatı uğurla gedir. Bütün silahlı birləşmələr arasında koordinasiya tam şəkildə təmin edilib. Əminəm ki, bu əks-hücum əməliyyatının bundan sonra da uğurlu nəticələri olacaqdır.

Mən Azərbaycan xalqına bu məlumatı verməklə bir daha demək istəyirəm ki, biz haqq yolundayıq, biz özümüzü müdafiə edirik. Biz heç kimin torpağına göz dikməmişik, heç kimin torpağında, Ermənistan ərazisində Azərbaycan silahlı birləşmələrinin heç bir məqsədi, hədəfi yoxdur. Ancaq biz öz torpağımızda özümüzü müdafiə edəcəyik və işğal edilmiş torpaqlarımızı işğalçılardan azad edəcəyik.

İndi isə məlumat üçün söz verilir Müdafiə naziri Zakir Həsənova.

Müdafiə naziri Zakir Həsənov dedi:

- Möhtərəm Prezident, cənab Ali Baş Komandan. Məruzə edirəm ki, saat 6-ya bir neçə dəqiqə qalmış erməni silahlı qüvvələri Füzuli, Cəbrayıl, Tərtər və Ağdam rayonlarının kəndlərini artilleriyadan atəşə tutmuşdur. Dağıntılar, əhali arasında yaralananlar və itkilər olmuşdur. Hərbi hissələrin ön xətti də atəşə tutulmuşdur. Eyni vaxtda Ağdam, Füzuli, Cəbrayıl istiqamətindən düşmənin silahlı qüvvələrinin cəmləşməsi müşahidə olunmuşdur və onların hücuma hazırlaşdığı müşahidə edilmişdir. Əməliyyat şəraiti nəzərə alınaraq, ilk növbədə, Sizə məruzə olunmuşdur. Əməliyyat şəraitini nəzərə alaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatı həyata keçirib. Əks-hücum əməliyyatı nəticəsində düşmənin ön xətti yarılmışdır. Mənə indi əlavə məlumat da verdilər, yeddi kənd işğaldan azad olunmuşdur. Məsləhətdirsə adlarını burada qeyd edim?

Prezident İlham Əliyev: Qeyd et.

Nazir Zakir Həsənov: Qaraxanbəyli, Nüzgar, Yuxarı Əbdurrəhmanlı, Böyük Mərcanlı, Kənd Horadiz, Qərvənd kəndləri azad edilmişdir. Azərbaycan Ordusu digər istiqamətlərdə uğurlu əks-hücum əməliyyatı həyata keçirir və düşmən böyük itkilər verərək geri çəkilir. Xüsusi qeyd etmək istəyirəm ki, Azərbaycan Ordusunun zərbələri həm ön xətdə, həm də düşmənin tam dərinliyində həyata keçirilir. Siz qeyd etdiyiniz kimi, ən müasir silahlar tətbiq olunur və biz düşmənin müqavimətini o qədər də güclü görmürük. Düşmən tam şəkildə geri çəkilir.

Məruzə etdi Müdafiə naziri general-polkovnik Həsənov.

Prezident İlham Əliyev: Aydındır. Biz Təhlükəsizlik Şurasının qalan hissəsini qapalı rejimdə keçirəcəyik. Əminəm ki, Azərbaycan vətəndaşları bu qərara anlayışla yanaşacaqlar. Çünki müzakirə olunan məsələlərin bir çoxu hərbi sirr təşkil edir. Ancaq yenə də demək istəyirəm ki, Azərbaycan əhalisi müntəzəm olaraq həm Prezident Administrasiyası, həm Müdafiə Nazirliyi tərəfindən məlumatlandırılır. Azərbaycan vətəndaşlarına operativ məlumat çatdırılacaqdır.

Mən əldə edilmiş ilk uğurlar münasibətilə Azərbaycan xalqını, Azərbaycan Ordusunu təbrik edirəm. Eşq olsun Azərbaycan Ordusuna! Yaşasın Azərbaycan!

x x x

Sonda Təhlükəsizlik Şurasının digər üzvləri müzakirədə iştirak etdilər.

BMT dünya turizm sektorunun itkilərini proqnozlaşdırıb
BMT dünya turizm sektorunun itkilərini proqnozlaşdırıb
“Expo 2020 Dubai"da Azərbaycanın turizm imkanları tanıdılır (FOTO)
“Expo 2020 Dubai"da Azərbaycanın turizm imkanları tanıdılır (FOTO)
Azərbaycandan Gürcüstana gedən turistlərin sayı azalıb
Azərbaycandan Gürcüstana gedən turistlərin sayı azalıb
Loading Bars
Xəbər lenti
Türkiyəda yerli dəniz artilleriya qurğusu uğurla sınaqdan keçirilib
Qazilərimiz Beynəlxalq təlim-məşq toplantısına Rusiyaya yollanacaq (FOTO)
Ceyhun Bayramov avstiryalı həmkarı ilə alternativ enerji, nəqliyyat və tranzit sahələrində əməkdaşlığı müzakirə edib
Bayden koronavirusa qarşı qapanma nəzərdə tutmayan yeni planını açıqlayıb
Azərbaycanla İslandiya arasında alternativ enerji sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib
Ceyhun Bayramov portuqaliyalı həmkarı ilə ikitərəfli əlaqələri müzakirə ediblər
Azərbaycan və Yunanısatn XİN başçıları ikitərəfli münasibətlərin cari vəziyyətini müzakirə ediblər (FOTO)
Ceyhun Bayramovun ATƏT-in Stokholm iclası çərçivəsində Əfqanıstanla bağlı müzakirələrdə iştirak edib
Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının 28-ci iclasında iştirak edib
Misir XİN helikopter qəzası nəticəsində həlak olanlarla bağlı xalqımıza başsağlığı verib (FOTO)
ABŞ OPEC plus-un neft hasilatını artırmaq qərarını alqışlayıb
Sabah Xırdalanda tut tingləri yarmarkası keçiriləcək
Mingəçevir Dövlət Universitetində işarə dili və diksiya təlimləri keçirilib (FOTO)
Magistral və ucqar yollarda qışa hazırlıq başa çatıb - RƏSMİ
Balakəndə karantin qaydalarını pozanlar cərimələnib (FOTO)
Şirvan sakinlərindən heroin götürülüb (FOTO)
"Niaqara" və "Paşa" restoranlarında pozuntular aşkarlanıb
Nazirlər Konfransında ölkəmizdə sabit demoqrafik inkişaf və sosial müdafiə tədbirləri barədə məlumat verilib (FOTO)
Minalanmış ərazilərin bütün xəritələrini təqdim etmək üçün Ermənistana əlavə təzyiq göstərilməlidir - XİN
UNEC İqtisadi Forumunun ikinci günü: “Postpandemiya dövründə elm və təhsil” və “İqtisadiyyatın rəqəmsal transformasiyası” (FOTO)
Azərbaycan müharibədən sonra ATƏT-ə əməkdaşlıq üçün təkliflər verib və hələ də cavab gözləyir - Nazir
Ermənistan 10 noyabr üçtərəfli bəyanatı çərçivəsində hələ də bütün öhdəliklərini yerinə yetirmir - Ceyhun Bayramov
30 ilə yaxındır davam edən Qarabağ münaqişəsi başa çatıb - Azərbaycan XİN
Mədəniyyət naminə sülh təşəbbüsü ilə bağlı fəaliyyət planı hazırlayırıq - Anar Kərimov
Azərbaycan “OPEC+” üzrə hasilatın artırılmasına razılıq verib
Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Soçi görüşü irəliyə doğru böyük addımdır - Ceyhun Bayramov (ƏLAVƏ OLUNUB)
Prezident İlham Əliyev ABŞ Etnik Anlaşma Fondunun prezidentini qəbul edib (VİDEO)
ƏƏSMN-də Rumıniyanın ölkəmizdəki yeni səfiri ilə görüş olub (FOTO)
Azərbaycanda elm və təhsil sektorunun maliyyələşdirilməsinin artırılması planlaşdırılır - Nazir
Orduda hərbi cinayətlər əhəmiyyətli dərəcədə azalıb - Hərbi prokurorun böyük köməkçisi
Sabunçuda narkotiklə əlaqədar 27 nəfər saxlanılıb (FOTO/VİDEO)
Prezident İlham Əliyev dünyaşöhrətli alim Əziz Səncəri qəbul edib (FOTO/VİDEO)
“Nar” Qaxda yenilənmiş mağazasını təqdim etdi (FOTO)
Qarabağ konflikti BMT-nin uğursuzluğu idi - Mihir Kanade
GUAM üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının 38-ci görüşünün yekununda birgə Protokol imzalanıb (FOTO)
Dekabrın 3-nə USD/AZN rəsmi məzənnəsi
ABŞ Dövlət katibi azad olunmuş ərazilərdəki dağıntıların miqyası barədə məlumatlandırılıb (FOTO)
Sərnişin daşıyıcılarına istifadə olunan dizel yanacağına görə subsidiya verilməsinin müvəqqəti Qaydası təsdiqlənib
ABŞ dövlət katibi Azərbaycanla Ermənistan arasında birbaşa dialoqun bərpasını alqışlayıb
Bakıda “Böyük Zəfər” məhəllələrarası mini futbol yarışlarına start verilib (FOTO)
BMT-nin "Mədəniyyət naminə sülh" çağırışına Ermənistan niyə aqressiya ilə cavab verir? - “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)
Elçin Quliyev şəhidlərin məzarlarını ziyarət etdi (FOTO)
Azərbaycanla İsrailin strateji tərəfdaşlığı təkcə diplomatik münasibətlərdə ifadə olunmur - Səfir
Ombudsman İtaliya Parlamentinin Deputatlar Palatasının Xarici əlaqələr və icma komissiyasının sədri ilə görüşüb (FOTO)
İsraildə Azərbaycanın ticarət nümayəndəliyinin açılması son dövrlərin ən vacib nailiyyətidir - Corc Dik
İsrail həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib - Səfir
Gəncədə azyaşlı bacı-qardaşa işgəncə verən ögey anaya cinayət işi açıldı
Ceyhun Bayramov Estoniya xarici işlər naziri ilə görüşüb
Misirli tədqiqatçının Vətən müharibəsinə aid kitabının təqdimatı keçirilib (FOTO)
UNEC İqtisadi Forumu 2021: “Postpandemiya dövründə elm və təhsil” (FOTO)
İsrail Azərbaycanla strateji tərəfdaşlığı çox yüksək qiymətləndirir - Səfir
Ermənistan Azərbaycan mədəniyyət abidələrini qəsdən məhv edib - Reza Deqati
Bakıda heroin və "patı" alverçiləri yaxalandı (VİDEO)
Qubada yanan məktəbin yerində gələn həftə yenisinin tikintisi başlanacaq - RƏSMİ (FOTO/VİDEO)
Azərbaycan - Ermənistan sərhədinin delimitasiyası və demarkasiyasında irəliləyişə nail olmaq lazımdır - Niderland XİN
Azərbaycanda indiyədək COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
"Harmonikləşdirilmiş Sistem 2022-nin Tətbiqi" mövzusunda onlayn seminar keçirilir (FOTO)
Azərbaycanda 1 772 nəfər COVID-19-a yoluxub, 21 nəfər ölüb
Azərbaycan Dövlət Akademik Filarmoniyasında xeyriyyə konserti təşkil olunacaq
Rəfail Cəbrayılovu qardaşı ağır duruma salıb, özü isə xaricdə tikinti biznesi ilə məşğul olur - Aidə Cəbrayılova
Ceyhun Bayramov Stokholmda finlandiyalı həmkarı ilə görüşüb
Dialoqların inkişaf etdirilməsi milli kimlik üçün çox önəmlidir - BƏƏ nümayəndəsi
Gürcüstan Azərbaycan və Ermənistanla üçtərəfli dialoqun keçirilməsi üçün platforma olmağa hazırdır - XİN
30 ildə Ermənistanla olan danışıqlarımız özünü doğrultmadı - Nazir müavini
"ARB Günəş" “Gözləri ilə danışan mələklər” adlı kövrək mini-film təqdim edib (VİDEO, FOTO)
Kanada Azərbaycan-Ermənistan sərhədində bir müddət əvvəl baş vermiş toqquşmalardan narahatdır - XİN
Bakıda daha bir məktəb əyani tədrisə qayıdıb
MİT-dən əməliyyat: PKK mənsubları ələ keçirilərək Türkiyəyə gətirildi
Ceyhun Bayramov Bolqarıstan XİN rəhbəri ilə görüşüb (FOTO)
DGK TXİ-nin və MGX-nın rəis müavinləri ÜST-ün təlimində iştirak ediblər (FOTO)
Ağdam Sənaye Parkı günəş panelləri ilə işıqlandırılır (FOTO)
Bəzi rayonlara qar yağıb - FAKTİKİ HAVA
ABŞ Azərbaycan və Ermənistanı sərhədin delimitasiyası və demarkasiyası məsələsini həll etməyə çağırır - Blinken
Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Əməkdaşlıq Komissiyasının yeddinci iclasının Protokolu imzalanıb (FOTO)
"Omikron" ştammı ölkəmizdə yayılmasa, yoluxmada vəziyyət stabil qalacaq - İnfeksionist
Nərimanov rayonu Ağa Nemətulla küçəsi əsaslı şəkildə təmir edilir (FOTO/VİDEO)
MN tərəfindən bu günədək 13177 hektar ərazi minalardan təmizlənib
Azad olunmuş ərazilərdə 160-a yaxın yeni tarixi-mədəni abidə aşkarlanıb
Tərtər-Goranboy istiqamətində 638 ədəd mina zərərsizləşdirilib - MN (FOTO)
Aİ Cənubi Qafqaza uzunmüddətli sülhün qurulması üzrə tədbirləri dəstəkləyir - Ali nümayəndə
MDU beynəlxalq konfransda təmsil olunub (FOTO)
Azərbaycanda ISESCO-nun regional ofisi açılacaq - Anar Kərimov
Ötən ay banklara 853 milyon dollardan çox valyuta satılıb
Vergi Xidməti tikinti bazarına nəzarəti gücləndirib, reydlər keçirilir
Boy artımına müsbət təsir edən qidalar
Bakcell abunəçiləri üçün “Asan İmza”nı SMS vasitəsilə yeniləmək imkanı
İranda ötən sutkada daha 76 nəfər koronavirusdan ölüb
Bakı-Novorossiysk kəməri ilə neft nəqlinin həcmi açıqlanıb
UFC prezidenti koronavirusa yoluxub
Hazırda Cənubi Qafqazda sülh üçün misilsiz imkanlar var - Çavuşoğlu
Daha bir ölkədə "omikron" ştammına yoluxma qeydə alındı
Azərbaycan bərpa olunan enerji mənbələrinə yarım milyard dollarlıq xarici investisiya cəlb edəcək
Enerji itkilərinin azaldılması əsas hədəflərimizdəndir - Pərviz Şahbazov
ATƏT Cənubi Qafqaz ölkələrinin münasibətlərinin inkişafını tam dəstəkləyir - Sədr
Azərbaycanda yaşıl enerji layihələrini maliyyəçilərlə əlaqələndirmək üçün beynəlxalq platforma yaradılacaq
Hərbi Hava Qüvvələri "Bayraktar"larla təlim-məşq uçuşları keçirib (VİDEO)
UFAZ-ın icraçı direktoru Fransanın Akademik Palma Ordeninin Zabit dərəcəsi ilə təltif edilib (FOTO)
British Council və ADA Universiteti biznes sahibkarları və tələbələri #mycreativespark forumu üçün bir araya gətirib (FOTO)
Prokuror "falçı" adı ilə qadından 2 milyon manat alan ər-arvada 23 il cəza istədi
Azərbaycan-Ermənistan sərhədində vəziyyət sabitdir - Hikmət Hacıyev
Bütün xəbərlər