...

Müdafiə Nazirliyi işğaldan azad edilən kəndlərin adını açıqladı

Siyasət Materials 27 Sentyabr 2020 14:11 (UTC +04:00)
Müdafiə Nazirliyi işğaldan azad edilən kəndlərin adını açıqladı

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan qoşunlarının keçirdiyi uğurlu əks hücum nəticəsində işğal altında olan bir sıra kəndlərimiz, vacib yüksəkliklər və əlverişli ərazilər düşməndən azad edilib.

Trend-in məlumatına görə, bunu Müdafiə Nazirliyinin mətbuat katibi deyib.

O qeyd edib ki, hazırkı məlumata görə, cəbhənin Füzuli, Cəbrayıl istiqamətində Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı, Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdülrəhmanlı, Böyük Mərcanlı, Nüzgar kəndləri işğaldan azad edilib.

Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, hakim yüksəkliklər nəzarətə götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti