...

Ermənistan yaşayış məntəqələrimizi artilleriya atəşinə tutur: Ölən var

Siyasət Materials 2 Oktyabr 2020 09:53 (UTC +04:00)
Ermənistan yaşayış məntəqələrimizi artilleriya atəşinə tutur: Ölən var

Bakı. Trend

Azərbaycan Müdafiə Nazriliyinin Ermənistan tərəfinə yaşayış məntəqələrimizi atəşə tutmamaları barədə dəfələrlə xəbərdarlığına baxmayaraq bu dəqiqələrdə Ağdam rayonunun Xındırıstan, Əlıbəyli, Əhmədağalı və Səfərli kəndləri düşmən tərəfindən intensiv artilleriya atəşinə tutulur.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, mülki əhali arasında ölən və yaralananlar var.

Məlumata əsasən, Ermənistanın Gorus rayonu ərazisindən Azərbaycan ərazilərinin raket atəşinə tutulması ehtimalı da var.

Bildiririk ki, tərəfimizdən adekvat cavab tədbirləri görüləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti