...

Deputat: Ermənilər elə bilməsin ki, şəhərlərimizi atəşə tutmaqla insanları qorxudacaqlar

Siyasət Materials 5 Oktyabr 2020 09:42 (UTC +04:00)
Deputat: Ermənilər elə bilməsin ki, şəhərlərimizi atəşə tutmaqla insanları qorxudacaqlar

Bakı. Elçin Mehdiyev - Trend:

Oktyabrın 4-ü səhər saatlarında Ermənistanın Gəncəni, axşam saatlarında isə Mingəçeviri, Abşeronu və Xızını hədəf alması bir daha təsdiq edir ki, əsas məqsəd Azərbaycan tərəfini təhrik etməklə münaqişənin miqyasını İrəvana çəkib KTMT-yə üzv dövlətləri müharibəyə cəlb etməkdir. Bunu Trend-ə Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Deputat bildirib ki, bu, çarəsizliyin əlamətidir: "Artıq düşmən dövlət Azərbaycanın rəşadətli ordusu ilə bacara bilmir. Bu da açıq şəkildə görünür. Ermənistan bilsin ki, digər dövlətləri, terrorçu qrupları müharibəyə cəlb edərək Azərbaycanı haqq davasından çəkindirə bilməyəcək. Gəncənin vurulması gəncəliləri qorxuya sala bilməz. Mən özüm Gəncədəyəm, hazırda hər kəs öz işindədir. Qəhrəmanlar təkcə ön cəbhədə olmur, gəncəlilər bunu bir daha sübut etdi.

Nəinki Gəncə, cəbhəyanı bölgələrdə, eyni zamanda mənfur erməni atəşinə məruz qalan digər şəhərlərimizdə eyni mənzərədir - hər kəs öz işindədir.

Gəncəyə və digər şəhərlərimizə edilən təxribat illərdir ki, həmin cəbhəyanı rayonlarımızda davam edir. Əgər azərbyacanlılar evini tərk edəcək qədər qorxaq olsaydı, Tərtər, Tovuz kimi düşmənlə üzbəüz rayonlarda heç yaşayış olmazdı.

Mən mənfur qonşularımızın bu təxriabtına cavab olaraq deyə bilərəm ki, bu bizi daha da gücləndirir, qələbəyə daha da həvəsləndirir. Heç bir təxribatları cavabsız qalmayacaq, qalmır da. Lakin biz haqq müharibəsindəyik. Bizim düşmən dövlətin torpaqlarında hərbi əməliyyatlar aparmaq fikrimiz belə yoxdur.

Düşmənin mülki əhalini hədəf alması nəinki insanlarda ruh düşkünlüyü yaratmır, hətta ordumuza olan güvən və inam artır, qələbə xəbəri gözləyirlər. İnsanların sevinci gözündən oxunur. Görünən budur ki, erməni xüsusi xidmət orqanları olduqca bərbad işləyir. Azərbaycan ordusunun ən müasir texniki vasitə və arsenala əsaslanan strategiyasına, mükəmməl həmlələrinə onlar köhnə, artıq primitiv sayılan üsullarla, yalançı dezinformasiya və təbliğatla cavab vermək istəyir. Elə bilirlər ki, 4-5 mərmi atan kimi hamı panikaya düşüb qaçacaq. Hazırlaşın, azərbaycanlılar elliklə Şuşaya gəlir!".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti