...

DTX Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib

Siyasət Materials 5 Oktyabr 2020 15:48 (UTC +04:00)
DTX Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib

Bakı. Trend:

Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları işğal altında olan torpaqlarımızın azad olunması uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna könüllü olaraq 500 min manat məbləğində pul vəsaiti ianə ediblər. Hazırda pul vəsaitlərinin köçürülməsi davam edir.

Trend xəbər verir ki, bu barədə DTX-nin rəsmi saytında məlumat verilib.

"Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti şanlı Azərbaycan Ordusunun Qarabağ Vətən müharibəsində qələbəsinə əmindir. Qarabağ Azərbaycandır! Zəfər Azərbaycanındır!", - məlumatda bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti