...

İndi Ermənistanla danışıqlar mövzusu yalnız beynəlxalq tribunalın yaradılması ətrafında olmalıdır - Deputat

Siyasət Materials 6 Noyabr 2020 14:28 (UTC +04:00)
İndi Ermənistanla danışıqlar mövzusu yalnız beynəlxalq tribunalın yaradılması ətrafında olmalıdır - Deputat

Bakı. İlhamə İsabalayeva - Trend:

İndi Ermənistanla danışıqlar mövzusu yalnız hərbi cinayətlər törədən cinayətkarlar üçün beynəlxalq tribunalın yaradılması ətrafında olmalıdır.

Bunu Trend-ə Milli Məclisin deputatı Asim Mollazadə deyib.

Onun sözlərinə görə, Azərbaycan hər zaman sülh danışıqlarına hazır olduğunu bəyan edir:

"Sadəcə olaraq, Azərbaycan Silahlı Qüvvələri artıq Madrid prinsiplərini sıradan çıxarıb. Onların demək olar ki, hamısı icra olunmuş vəziyyətdədir. Buna görə də Ermənistan bu gün öz Silahlı Qüvvələrini Azərbaycandan təcili çıxarmalıdır. Bundan sonra hansısa danışıqlardan söhbət gedə bilər".

A.Mollazadə qeyd edib ki, Azərbaycan indiyədək atəşkəslə bağlı olan bütün təkliflərə öz razılığını verib. Azərbaycan bu istiqamətdə həm Moskvada, həm Vaşinqtonda olan razılaşmaları qəbul edib:

"Lakin bu razılaşmaların vaxtı çatandan 5 dəqiqə sonra Ermənistan Azərbaycan ərazisinə zərbələr endirib. Həmişəki kimi mülki əhali - qocalar, uşaqlar, qadınlar erməni terrorunun qurbanı olub. İndi söhbət ondan gedir ki, Ermənistanla danışmağa bir mövzu qalmayıb. Ermənistan öz məğlubiyyətini qəbul etdikdə biz müvafiq razılaşmaya gedə bilərik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti