...

Ceyhun Bayramovla Mevlüt Çavuşoğlu arasında telefon danışığı olub

Siyasət Materials 10 Noyabr 2020 11:23 (UTC +04:00)
Ceyhun Bayramovla Mevlüt Çavuşoğlu arasında telefon danışığı olub

Bakı. Trend:

10 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun Türkiyə Respublikasının Xarici İşlər naziri Mevlüt Çavuşoğlu ilə telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Türkiyə Xarici İşlər naziri qələbə münasibətilə nazir Ceyhun Bayramovu və Azərbaycan xalqını səmimi qəlbdən təbrik edib. Bir millət, iki dövlət olaraq, Azərbaycanın bu sevincinin Türkiyə tərəfindən paylaşıldığını vurğulayıb.

Nazir Ceyhun Bayramov hər zaman Azərbaycan xalqının yanında olduğu, ölkəmizin haqq mövqeyinə münasibətdə qəti dəstəyini heç bir zaman əsirgəmədiyi, sevincimizi və kədərimizi bölüşdüyü üçün qardaş Türkiyəli həmkarına və bütün Türkiyə xalqına təşəkkürünü bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti