...

Qazaxıstanda Qarabağ haqqında qazax dilində kitabların təqdimatı keçirilib (FOTO/VİDEO)

Siyasət Materials 14 Yanvar 2021 17:06 (UTC +04:00)
Qazaxıstanda Qarabağ haqqında qazax dilində kitabların təqdimatı keçirilib (FOTO/VİDEO)

Bakı. Elçin Mehdiyev – Trend:

Qazaxıstanda Beynəlxalq Türk Akademiyasında Qarabağ haqqında qazax dilində kitabların təqdimatı keçirilib.

Bu barədə Trend-ə hazırda Qazaxstanda səfərdə olan Milli Məclisin deputatı Arzu Nağıyev deyib.

Təqdimat mərasimində Milli Məclisin deputatları Arzu Nağıyev, Naqif Həmzəyev, Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov, Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli, türk dünyasının tanınmış yazarları, araşdırmaçıları, Qırğızıstanın Qazaxıstandakı səfiri, Türkiyə səfirliyinin nümayəndəsi iştirak edib.

Həmçinin təqdimat mərasiminə Azərbaycandan deputat Qənirə Paşayeva, Özbəkistandan, Qırğızıstandan nümayndələr onlayn qaydada qoşulub. Təqdimat mərasimində iştirakçılar çıxışlar edrək kitabların vacibliyini, türk dünyanın məlumatlandırılması baxımından əhəmiyyətini qeyd ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti