...

Ceyhun Bayramov və Mevlüt Çavuşoğlu dəniz quldurlarının Türkiyəyə məxsus gəmiyə hücumunu müzakirə ediblər

Siyasət Materials 24 Yanvar 2021 01:02 (UTC +04:00)
Ceyhun Bayramov və Mevlüt Çavuşoğlu dəniz quldurlarının Türkiyəyə məxsus gəmiyə hücumunu müzakirə ediblər

Bakı. Trend:

Bu ilin 24 yanvar tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.

XİN-dən Trend-ə verilən məlumata görə, Mevlüt Çavuşoğlu dəniz quldurlarının Türkiyəyə məxsus gəmiyə hücumu nəticəsində gəmi heyətinin azərbaycanlı üzvünün ölümü ilə əlaqədar nazir Ceyhun Bayramova başsağlığı bildirib.

Türkiyə xarici işlər naziri gəmi heyətinin axtarış-xilasetmə işlərinə başlanıldığını söyləyib.

Nazir Ceyhun Bayramov həmkarına təşəkkür edib və xilasetmə işlərinin tezliklə uğurla nəticələnməsini arzulayıb.

Gəmi heyətinin öldürülən azərbaycanlı üzvünün nəşinin vətənə gətirilməsi üçün əlaqələndirilmiş şəkildə müvafiq tədbirlərin həyata keçiriləcəyi qeyd olunub.

Nazirlər dəniz quldurlarının beynəlxalq hüquqa zidd əməllərini qəti şəkildə qınayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti