...

Azərbaycan hərbi dənizçiləri “AMAN-21” çoxmillətli təlimlərində müşahidəçi qismində iştirak edirlər

Siyasət Materials 11 Fevral 2021 15:53 (UTC +04:00)
Azərbaycan hərbi dənizçiləri “AMAN-21” çoxmillətli təlimlərində müşahidəçi qismində iştirak edirlər

Bakı. Trend:

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin zabitləri Pakistan İslam Respublikasının Kəraçi şəhərində və Ərəb Dənizi sektorunda keçirilən “AMAN-21” çoxmillətli Hərbi Dəniz Qüvvələri təlimində müşahidəçi qismində iştirak edirlər.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, 30-dan çox ölkənin Hərbi Dəniz Qüvvələrinin iştirakı ilə keçirilən təlimlər fevralın 16-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti