AXC-Müsavat mənfur cütlüyü hakimiyyətə gəlmək üçün torpaqlarımızı hərraca çıxarmışdı - Vüqar Rəhimzadə

AXC-Müsavat mənfur cütlüyü hakimiyyətə gəlmək üçün torpaqlarımızı hərraca çıxarmışdı - Vüqar Rəhimzadə

Bakı. Trend:

Bu gün yaşlı və orta nəslin nümayəndələri bədnam AXC-Müsavat cütlüyü hakimiyyətinin ölkəni bərbad vəziyyətə saldığını yaxşı xatırlayırlar. Bu, orduda daha acınacaqlı hal almışdı. Ordunun maddi-texniki təminatı, hərbi arsenalı yox dərəcəsində idi. Silahlı Qüvvələrin döyüş ruhunu saxlamaq üçün arxa cəbhədə milli birlik də təmin edilməmişdi. Ön cəbhədə döyüşlərin getdiyi bir vaxtda arxa cəbhədə vəzifə davası aparılır, siyasi qruplaşmalar arasında açıq silahlı mübarizə gedirdi. Ordunun daxilindəki müxtəlif silahlı birləşmələr də ayrı-ayrı siyasi və maraq qruplarının tabeliyində idilər. Paytaxtda vəzifə davasına çıxan siyasi qruplar daha çox pay qoparmaq üçün həmin silahlı birləşmələri ön cəbhədən – döyüş bölgəsindən geri çəkərək Bakıya gətirir, onlardan siyasi mübarizədə, vəzifə bölgüsündə təzyiq aləti kimi istifadə edirdilər. Silahlı birləşləmələr AXC-Müsavat mənfur cütlüyünün Bakıda vəzifə davasında iştirak etdiyi həmin dövrdə ön cəbhə müdafiəsiz qalmışdı. Məhz bu hərc-mərcliyin, özbaşınalığın, anarxiyanın nəticəsində erməni quldurları Azərbaycanın son dərəcə strateji əhəmiyyətli Şuşa və Laçın rayonlarını işğal etməyə nail oldular.

Heç də təsadüfi deyildir ki, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfərləri çərçivəsində Laçın rayonunun Güləbird kəndindəki çıxışında dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan bir daha diqqəti Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən Şuşa və Laçın rayonlarının hansı şəraitdə işğal altına düşməsinə yönəltdi. Laçının Azərbaycanın Şuşadan sonra işğala məruz qalmış ikinci rayonu olduğunu xatırladan möhtərəm Prezidentimiz bildirdi ki, bu rayonun işğal edilməsi faktiki olaraq Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratmışdır. Laçının işğalını Azərbaycanın strateji nöqteyi-nəzərdən çox böyük məğlubiyyəti kimi dəyərləndirən Müzəffər Ali Baş Komandan xalqımızın bu faciənin baş verməsində milli satqınların xain əməllərini heç zaman unutmamalı olduğunu təkzibolunmaz tarixi faktlar və dəlillərlə diqqətə çatdırdı: “Laçın rayonunu satanlar, Şuşanı satanlar eyni adamlardır. Mən bunu demişəm. Bir daha demək istəyirəm ki, Azərbaycan xalqı bunu bilsin və heç vaxt unutmasın. AXC-Müsavat mənfur cütlüyü hakimiyyətə gəlmək üçün bu torpaqları düşmənə satıb.”

Bu fikirləri Trend-ə Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə söyləyib.

Vüqar Rəhimzadə bildirib ki, cəbhədə döyüşlərin getdiyi vaxt İsgəndər Həmidovun, Rəhim Qazıyevin və digər başabəla “lider”lərin silahlı dəstələrinin Bakı küçələrində avtomatlarla gəzdiyini, insanlara divan tutduğunu, vəzifə bölgüsündə daha çox pay qoparmaq üçün paytaxtı hərbi poliqona çevirdiklərini heç cür, heç vaxt unutmaq olmaz: “Möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, Azərbaycan xalqı bu satqınları, bu xainləri, bu düşmənləri unutmamalıdır. Bu gün həmin satqınlardan, xainlərdən, biri - dil pəhləvanı olan qaragüruhçu Əli Kərimlinin bütün pafoslu çıxışları yalan və böhtan üzərində qurulur. Onun moizələrinə qulaq asan və 1992-1993-cü illərdən xəbərsiz olan insana elə gələ bilər ki, həmin dövr ölkəmizdə ən uğurlu və xoşbəxt illər olub. Guya ölkədə bütün sahələrdə inkişaf, güclü iqtisadiyyat, yüksək rifah və s. təmin olunubmuş. Belədə istər-istəməz sual olunur: Əgər belə idisə niyə AXC-Müsavat qaragüruhunun hakimiyyəti cəmi 1 il davam gətirə bildi? Niyə Qarabağ erməni quldurlarından təmizlənmədi, siyasi-iqtisadi islahatlar aparılmadı, ölkədə vətəndaş müharibəsi və separatizm meyilləri tüğyan etməyə başladı? Əslində isə bu gün həmin 1 il ərzində AXC-Müsavat xəyanətkar cütlüyünün ölkəni necə çıxılmaz vəziyyətə saldığı hər kəsə məlumdur. Heç kəsə sirr deyil ki, Sovet İttifaqının süqutundan əvvəl və sonrakı il yarım ərzində Azərbaycanda tüğyan edən hərc-mərclik ərazilərimizin bir hissəsini erməni işğalı ilə üz-üzə qoymuş, digər hissəsində isə bu işğal yerli məmur özbaşınalığı ilə əvəzlənmişdi ki, nəticədə xaos, anarxiya yaranmış, ölkə hərtərəfli böhrana sürüklənmişdi. Belə bir şəraitdə hakimiyyəti əldə saxlamaq, eyni zamanda, Azərbaycana rəhbərlik etmək uğrunda mübarizə aparan diletant siyasətçilər ölkəni düşmənə peşkəş etməyə hazır olmaqla kifayətlənmir, əllərində olan bütün imkanlardan, o cümlədən qanunsuz silahlı birləşmələrdən maksimum səviyyədə yararlanmaqla dövlət mülkiyyətini talayırdılar. Bu cür dağıdıcı siyasət bədnam AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə daha da dərinləşmiş, Azərbaycan iqtisadiyyatı defolt həddinə çatmışdı.”

Baş redaktor diqqətə çatdırıb ki, AXC-Müsavat mənfur cütlüyü hakimiyyətə gəlmək üçün Azərbaycan torpaqlarını hərraca çıxarmışdı: “Həmin dövrdə nə ordudan, nə də hərbi uğurlardan danışmaq mümkün deyildi. Ölkədə ordu əvəzinə çoxsaylı silahlı qruplaşmalar mövcud idi. Vəzifə davası aparan hər kəs bir batalyon saxlayırdı. Təbii ki, belə bir vəziyyətdə ön cəbhədə hər hansı uğur qazanmaqdan söhbət gedə bilməzdi. Həmin dövrdə orduda vahid komandanlığın olmamasından istifadə edən erməni hərbi birləşmələri və onların havadarları ərazilərimizi bir-birinin ardınca işğal edirdilər. Möhtərəm Prezidentimizin xatırlatdığı kimi, məhz ölkə daxilindəki xaosun, anarxiyanın, mənəm-mənəmliyin məntiqi nəticəsi olaraq Dağlıq Qarabağ və Laçın rayonu ilə yanaşı, 1993-cü ilin aprelində Kəlbəcər kimi strateji əhəmiyyətli rayon da AXC-Müsavat hakimiyyətinin xəyanəti ucbatından düşmənə təslim edildi. Bütün bunlarla yanaşı, Dağlıq Qarabağ ətrafı digər rayonların da işğala məruz qalmasına geniş zəmin yarandı. Ön cəbhədə, orduda olan belə bir acınacaqlı şəraiti aradan qaldırmaq, ölkəni düşdüyü dramatik situasiyadan çıxarmaq əvəzinə paytaxtda hakimiyyətdaxili mübarizə gündən-günə qızışırdı. Bu mübarizədə ön cəbhədə dislokasiya olunmuş silahlı birləşmələrdən istifadə edilməsi isə işğalçı Ermənistan ordusunun əl-qolunu açırdı. Nəticədə xəyanətkar AXC-Müsavat hakimiyyətinin hərbi sahədəki üzdəniraq “nailiyyətləri” ona gətirib çıxardı ki, ermənilər ölkəmizin ümumilikdə 20 faiz ərazisini işğal etdilər.”

Vüqar Rəhimzadə əlavə edib ki, bir illik hakimiyyətləri dövründə dağıdıcı AXC-Müsavat cütlüyü yalnız dövlətə, xalqa xəyanəti, millətə zülm verməsi, insanları çörəklə imtahana çəkməsi, ölkəni vətəndaş müharibəsi həddinə çatdırması, separatizmi alovlandırması və s. ilə yadda qaldı: “Bütün bunlar bu gün dili boğaza qoymayan Əli Kərimli və onun kimi antimilli ünsürlər üçün daha bir tarixi xatırlamaq dərsi olmalıdır. Yaxın tariximizdə baş verən hadisələri xatırlayarkən isə hər birimiz bir daha əmin oluruq ki, bu gün haqdan, ədalətdən, demokratiyadan, insan hüquqlarından dəm vuran Əli Kərimli və onun ətrafındakılar vaxtilə milləti aclıqla imtahana çəkmiş Vətən xainləri, xalq düşmənləridir.”

Qazaxıstan və Azərbaycan Qarabağda mülki infrastrukturun bərpası üzrə əməkdaşlığı müzakirə edir
Qazaxıstan və Azərbaycan Qarabağda mülki infrastrukturun bərpası üzrə əməkdaşlığı müzakirə edir
Martın 5-nə USD/AZN rəsmi məzənnəsi
Martın 5-nə USD/AZN rəsmi məzənnəsi
Ölkənin ödəniş kartları ilə nağdsız ödənişlər üzrə lider bankı məlum olub!
Ölkənin ödəniş kartları ilə nağdsız ödənişlər üzrə lider bankı məlum olub!
Loading Bars
Xəbər lenti
BERNAMA agentliyi: Qoşulmama Hərəkatının sədri İlham Əliyev peyvəndin ədalətsiz bölgüsü ilə bağlı vaxtında çağırış edir
Qazaxıstan və Azərbaycan Qarabağda mülki infrastrukturun bərpası üzrə əməkdaşlığı müzakirə edir
Milli Məclisdə gender bərabərliyi ilə bağlı dinləmələr keçirilib
Martın 5-nə USD/AZN rəsmi məzənnəsi
Onlayn yolla narkotik vasitələr satan şəxslər saxlanıldı (FOTO/VİDEO)
Tələbələrin köçürülməsi üzrə nəticələr açıqlandı
Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydaları dəyişib
Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının onlayn Zirvə toplantısında çıxış edib
Ombudsman Səbinə Əliyeva Avropa Ombudsman İnstitutuna açıq etiraz məktubu ünvanlayıb
Ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasının aparılması Qaydaları dəyişdi
Yasamalda on min manatlıq mobil telefon oğurlandı (FOTOVİDEO)
Ermənistan minalanmış ərazilərin xəritəsini gizlətməklə sülhə mane olur - Deputat
Yaponiyanın səfiri Gəncədə rəsmi səfərdədir (FOTO)
Avropada koronavirusa yoluxma halları artıb - ÜST
Aİİ Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Səmavi dinlərdə ailə və qadın” adlı vebinar keçirilib (FOTO)
“AccessBank” tender elan edir
Ağsuda Vətən müharibəsinin 20 şəhid və qazi ailəsinə baş çəkilib
Ölkənin ödəniş kartları ilə nağdsız ödənişlər üzrə lider bankı məlum olub!
Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Şəhid ailələri və müharibə əlillərinə daha 30 mənzil təqdim edildi (FOTO)
Dövlət Gömrük Komitəsi hesabat verib (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)
Azərbaycan həqiqətləri dünya mediasında (FOTO)
İsmayıllıda karantin qaydalarını pozan çay evi aşkarlanıb
Şəhid olmağı düşünürdük, qazi olaraq geri qayıtdıq - Zamir Qədimov (FOTO)
Prezident İlham Əliyevin beynəlxalq ictimaiyyətə aydın və birmənalı mesajları
Azərbaycana 400 min dozadan çox "AstraZeneca" vaksini ayrılıb
BTQ Özbəkistandan Azərbaycana 17 konteyner çatdıracaq
Mingəçevir Dövlət Universitetində maliyyə savadlılığının artırılmasına dair nəzəri-praktik seminar keçirilib (FOTO)
Qarabağda təhlükəsizliyin təmin edilməsi üçün əlimizdən gələni edəcəyik - Ərdoğan
BŞTİ-nin kollektivi vaksinasiya prosesinə qoşulub (FOTO)
Bakı Ali Neft Məktəbinin tələbə və məzunlarından magistratura imtahanlarında yüksək nəticə
YAŞAT Fondu 4 261 qazini və şəhid ailəsi üzvünü öhdəliyə götürüb
Ukraynada koronavirus pandemiyasının üçüncü dalğası başlayıb
Şamaxıda 7 evdən oğurluq edən şəxs saxlanılıb (FOTO)
Əfv komissiyasının iclası keçirilir
Bakıda yeni zavod istifadəyə veriləcək
Bakı Ali Neft Məktəbinin tələbə və məzunlarından Magistratura imtahanlarında yüksək nəticə
AzMİU-da azad olunmuş ərazilərdə mühəndis infrastrukturunun yenidən qurulması müzakirə olunacaq
İranda sutka ərzində 8,4 min nəfər koronavirusa yoluxub, 78 nəfər ölüb
Alman şirkətləri Azərbaycan dəmir yollarına investisiya yatırımında maraqlıdır - Səfir
Azad olunmuş ərazilərdə reabilitasiya mərkəzləri yaradıla bilər - Agentlik
Sabahdan daha bir marşrutda nağdsız ödəniş tətbiq ediləcək
Bakıda marşrutların 48 faizi kartla ödənişə keçib - BNA
Qazilərin protez üçün xaricə getməsinə ehtiyac yoxdur - Departament direktoru
Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimləri keçiriləcək (FOTO)
Ceyhun Bayramovun Baş katibə məktubu BMT sənədi kimi yayılıb
İtaliyada koronavirusdan sağalanlar vaksinin bir dozası ilə peyvəndlənəcək
Ermənistan hakimiyyəti üçtərəfli bəyanatdan sonra diz çöküb üzr istəməli idi - Koçaryan
Şəkər xəstəsi olmağıma baxmayaraq, vaksin vurdurmaq istəyirdim - Vaksinasiyadan keçən müəllim - FOTO
TamKartla yeni fürsətlər
Martın 7-də 3254 şagird üçün buraxılış imtahanı keçiriləcək
Sabah yağış yağacaq
"Buta Airways" Bakı-İstanbul reyslərinə bilet satışına başlayır
Şagirdlərlə təmasda olduğumuzdan vaksinasiya bizim üçün mütləqdir - Müəllim - FOTO
Ermənistanda müxalifət liderinə ölkəni tərk etmək qadağan olundu
Ağdamda idarə rəisinin minaya düşdüyü ərazidə daha 3 ədəd piyada əleyhine mina aşkarlanıb - Trend TV-nin reportajı
Xaricdən onlayn sifariş edilən məhsullar niyə gec gəlir? - Komitə sədrindən açıqlama
Yaralı halda şəhid yoldaşımı kilometrlərlə daşıdım - Qazi
Ermənilər Azərbaycanın tərkibində daha yaxşı yaşaya bilərlər – Deputat
Üzgüçülük üzrə Tokio yay olimpiya oyunlarında Azərbaycan idmançıları yüksək nəticə göstərib
Xudafərin gömrük postunun açılması ilə bağlı danışıqlar gedir
Aİ mikrosahibkarlığın inkişafına 277 min manatdan çox investisiya ayırıb
Aİ regionlarda maliyyə əlçatanlığının yüksldilməsində maraqlıdır
Özünüməşğulluğun təşkilində Həmkarlar İttifaqları Konfederasiyası ilə də əməkdaşlıq ediləcək
Ötən gün Azərbaycanda 24 mindən çox insan vaksinasiya olunub
Azərbaycan və Pakistan arasında hərbi-texniki əməkdaşlıq müzakirə edilib
Magistraturaya imtahanda cəmi 1 nəfər bütün suallara düzgün cavab verib
Bu il magistraturaya imtahanda yüksək bal toplayanların sayı artıb - DİM
Ötən il ölkəyə ən çox idxal olunan məhsullar açıqlanıb
Gömrükdə aşkarlanan narkotik vasitələrin həcmi artıb
DİN Qazaxdakı dava barədə məlumat yaydı
DGK-yə yeni bina tikilir
Azərbaycan diasporu qazilərə əlil arabaları bağışlayıb (FOTO)
Azərbaycana gətirilən avtomobillərin sayı açıqlanıb
Kaspersky 2020-ci ildə “stalker” proqramları ilə mübarizə nəticələrinin icmalını hazırlayıb
Gün ərzində 800-1000 müəllim peyvənd olunacaq
Hindistanda Tac-Mahal məqbərəsi təxliyə olundu
Sabiq məktəb direktoruna cinayət işi açılıb
“AccessBank”dan xanımlara özəl təklif
Azərbaycan Təhsil Şəbəkəsinin əhatə dairəsi genişləndirildi
Xaçmaz sakinindən avtomat götürülüb
Ötən il ölkəyə 10 milyard 730 milyon dollarlıq məhsul idxal olunub - Komitə sədri
Bakıda üçmərtəbəli ev yanıb, 1 nəfər ölüb (ƏLAVƏ OLUNUB)
ANAMA Ağdamda mina partlayan ərazidə araşdırmalara başlayıb (FOTO)
Ağdamda minaya düşən idarə rəisi Bakıya gətirilir
Əli Əsədovun sədrliyi ilə iclas keçirilib (FOTO)
Ötən il büdcəyə 4 milyard manata yaxın pul köçürülüb - Səfər Mehdiyev
Miqrasiya Xidməti ikili vətəndaşlığı olan şəxslərə xəbərdarlıq etdi
Azərbaycan nefti bahalaşıb
Füzuli rayonunun Qaradağlı kəndi (VİDEO)
Rusiya aviaşirkətləri Azərbaycana müntəzəm reyslər üçün icazə alıb
Qarabağın inkişafı və bərpası hökumətin əsas prioritetidir
Azərbaycan ikinci Qarabağ müharibəsində PUA-ların istifadəsində böyük uğur qazandı - Avstraliya nəşri
Azərbaycanda internet televiziya və radioları üçün yeni yayım imkanları yaradılacaq
PAŞA Bank nağdsız ödənişlərin inkişafına verdiyi töhfəyə görə 3 nominasiyanın qalibi seçilib
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
Peyvənd infeksion xəstəliklərə qarşı ən effektiv müdafiə üsuludur - İşçi qrupunun üzvü
Arvadının ölümünə dözməyən kişinin meyiti həyətdən tapıldı
Müəllimlərin vaksinasiyası üçün 10 peyvənd məntəqəsi fəaliyyət göstərir
Müəllimlər vaksinasiya olunur (FOTO)
Bütün xəbərlər