...

“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunda dəyişiklik edilib

Siyasət Materials 17 Mart 2021 21:07 (UTC +04:00)
“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunda dəyişiklik edilib

Trend-i buradan izləyin

Bakı. Trend:

Prezident İlham Əliyev “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.

Trend xəbər verir ki, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsində aşağıdakı dəyişikliklər edilib:

- 1-ci hissənin üçüncü abzası aşağıdakı redaksiyada verilsin:

“Azərbaycan folkloru nümunələri (ənənəvi mədəni nümunələr) və Azərbaycanın ənənəvi bilikləri ictimai varidata daxildir və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada dövlət qeydiyyatına alınır və şəhadətnaməsi tərtib edilir. Şəhadətnamənin nümunəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. Şəhadətnamənin depozitarisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandır (qurumdur).”.

- 2-ci hissənin ikinci cümləsində “Azərbaycan Respublikasının dövlət büdcəsinə” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hesabına” sözləri ilə əvəz edilsin və həmin cümləyə “köçürülür” sözündən sonra “və müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində dövlət siyasətinin həyata keçirilməsi məqsədilə istifadə olunur” sözləri əlavə edilsin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti