...

Azərbaycan və Türkiyə ordularının birgə əməliyyat-taktiki təlimləri başlayıb (FOTO/VİDEO)

Siyasət Materials 8 Aprel 2021 13:12 (UTC +04:00)
Azərbaycan və Türkiyə ordularının birgə əməliyyat-taktiki təlimləri başlayıb (FOTO/VİDEO)

Bakı. Trend:

Aprelin 8-də ölkəmizdə Azərbaycan və Türkiyə ordularının əməliyyat-taktiki təlimləri başlayıb.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, təlimlər Azərbaycan Ordusunun hərbi birliklərinin cavabdehlik zonalarının müxtəlif istiqamətlərində yerləşən ümumqoşun poliqonlarında keçirilir.

Təlimlərin əsas məqsədi Azərbaycan və Türkiyə ordularının əməliyyat bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsi, əməliyyat bölmə komandirlərinin hərbi qərar qəbuletmə, təşəbbüs göstərmə və idarəetmə bacarıqlarının inkişaf etdirilməsidir.

Təlimlər aprelin 9-na kimi davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti