...

Uydurma hadisələrin "soyqırım" kimi qələmə verilməsi ikili standartların təzahürüdür - Aydın Hüseynov

Siyasət Materials 25 Aprel 2021 19:45 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

ABŞ prezidentinin qondarma handisələri "soyqırım" kimi tanıması böyük təəssüf hissi doğurur və yaxşı heç nə vəd etmir. Uydurma hadisələrin "soyqırım" kimi qələmə verilməsi ikili standartların təzahürüdür. Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, Co Baydenın bu addımı heç cür başa düşülən deyil: "Bu addım tarixin saxtalaşdırılmasına dəstəkdir. Tarixə qiymət vermək tarixçilərin işidir və hansısa uydurma hadisələrin siyasiləşdirilməsi ikili standartların təzahürüdür. Türkiyə dəfələrlə arxivlərin açılmasını və birgə komissiya yaradaraq hadisələrin tarixçilər tərəfindən araşdırılmasını təklif etsə də Ermənistan tərəfi bundan boyun qaçırdı çünki yalanlarının üzə çıxacağını, hər hansı bir soyqırımın olmadığını yaxşı bilirdilər. Belə olan halda ABŞ kimi bir dövlətin uydurma hadisələri saxta "soyqırım" kimi tanıması heç bir çərçivəyə sığmır".

Deputat vurğulayıb ki, bu addım ABŞ-ın xarici siyasətində səmimi olmadığını göstərir: "Bu addım əslində Türkiyəyə təzyiq məqsədi ilə atılıb və uzun illər ərzində erməni lobbisinin böyük pullar sərf edərək aparıldığı lobbizmin nəticəsidir. Çox təəssüf ki, ABŞ kimi nəhəng bir dövlət saxta erməni təbliğatının təsiri altına düşüb".

A.Hüseynov qeyd edib ki, Türkiyə regionda ABŞ-ın etibarlı tərəfdaşı idi: "Lakin Co Bayden qondarma "soyqırım" ifadəsini işlətməklə bu tərəfdaşlığa böyük zərbə vurmuş oldu. Mən bu addımı ABŞ tarixində ən böyük səhvlərdən biri hesab edirəm. Bu qırar ABŞ-ın öz nufuzuna və xarici siyasətinə böyük zərbədir. Türkiyə kimi qətiyyətli bir ölkəyə bu cür saxtakarlıqla təsir etmək mümkün deyil. Co Baydenin qondarma "erməni soyqırımı"ndan və yenə də ermənilərdən istifadə edərək Türkiyəyə qarşı uğursuz təzyiq cəhdidir. Görünür Türkiyənin milli maraqları əsasında müstəqil siyasətini həzm edə bilmirlər.

Əslində bu addım regionda ABŞ-ın milli maraqlarına zərbədir. Onsuz da Avrasiyada və xüsusilə Yaxın Şərqdə ABŞ-ın nüfuzu azalmaqdadır. Türkiyə ilə münsibətlərin korlanması ABŞ-ın nüfuzunun daha da azalmasına gətirib çıxaracaq. Hesab edirəm ki, ABŞ prezidenti bu səhvini düzəltməli, istifadə etdiyi ifadədən imtina etməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti