...

Prezident İlham Əliyev Azərbaycanın ən yeni tarixinin şanlı səhifəsini yazdı: “Xarıbülbül” festivalı hər il keçiriləcək!

Siyasət Materials 13 May 2021 19:48 (UTC +04:00)
Prezident İlham Əliyev Azərbaycanın ən yeni tarixinin şanlı səhifəsini yazdı: “Xarıbülbül” festivalı hər il keçiriləcək!

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İham Əliyev Şuşa şəhərindən bütün dünyaya mesaj verdi: Şuşa azaddır və Şuşa yenidən qurulur! Şuşa 28 il yarım əsarətdə idi, ancaq əyilmədi, sınmadı, öz ləyaqətini qorudu, milli ruhunu qorudu, Azərbaycan ruhunu qorudu.

Bunu Trend-ə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib.

Deputat bildirib ki, Şuşa Azərbaycan xalqının milli sərvətidir:

"Bundan sonra biz Şuşada əbədi yaşayacağıq! Bəli, Şuşa əyilmədi, sınmadı və öz ləyaqətini qorudu. Qəhrəman Azərbaycan Ordusu Böyük sərkərdə İlham Əliyevin komandanlığı ilə ləyaqətsiz erməni faşistlərini məhv etdi. Mənfur düşmən diz çökdü, yalvardı, aman istədi. Azərbaycanın Ən yeni tarixini yazan Böyük sərkərdə İlham Əliyev düşməni təslim olmağa məcbur etdi. Azərbaycan öz ərazi bötövlüyünü və süverenliyini tam bərpa etdi! Bu gün Şuşa rahatdır. Bu gün Şuşa bayram edir. Şuşa həm Xarıbülbül, həm də Müqəddəs ramazan bayramını qeyd edir. Xalqımızın sevincinin həddi-hüdudu yoxdur. Biz xoşbəxt xalqıq. Heydər Əliyev Fondunun Prezidenti, Birinci xanım Mehriban Əliyeva müstəqilliyimizin möhkəmləndirilməsi, ölkəmizin bütün dünyada tanıdılması, mədəniyyətimizin inkişafı üçün misilsiz xidmətlər göstərib.

Ona görə də "Xarıbülbül" festivalının təşkilatçısının Heydər Əliyev Fondu olması da təsadüfi deyil və bu, dərhal hiss olunurdu. Nə qədər böyük sevgi, zəhmət və istək var idi bu tədbirin hazırlanmasında, keçirilməsində. Hər bir məsələyə böyük diqqət və məsuliyyətlə yanaşıldığı açıq şəkildə hiss olunurdu. Bu festival böyük istəyin, Vətənə sonsuz məhəbbətin təzahürü idi. Hörmətli Mehriban xanım Əliyevaya Ağdamdan olan keçmiş məcburi köçkünlər və öz adımdan dərin minnətdarlığımızı bildirirəm. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya həyatımın ən unudulmaz, xoşbəxt günlərindən biri kimi yaddaşıma həkk olunan bu gündə Şuşa şəhərində tarixi hadisəni yaşamağa imkan yaratdıqları üçün dərin minnətdarlığımı bildirirəm! Yaşanan hissləri sözlə ifadə etmək olduqca çətindir. İllər keçəcək, əsrlər bir-birini əvəz edəcək, amma Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın Azərbaycan dövlətinin güclənməsi, qüdrətli olması, xalqın təhlükəsiz, firavan və xoşbəxt gələcəyi üçün necə fədakarlıqla, böyüük və sonsuz istəklə yaşayıb-yaratdıqlarını qürur hissi ilə xatırlayacaqlar.

Qalib Sərkərdə İlham Əliyev hər bir Vətən oğlu üçün örnək olacaqdır! Şəninə əsərlər yazılacaq, mahnılar bəstələnəcək, dastanlar bağlanacaq! Prezident İlham Əliyev "Xarıbülbül" festivalının açılışında bir daha vurğuladı ki, "Şuşanın – alınmaz qalanın alınması ayrıca bir qəhrəmanlıq dastanıdır. Bizim qəhrəman hərbçilərimiz bu sıldırım qayalara dırmaşaraq əlbəyaxa döyüşdə Şuşanı işğalçılardan azad etdi. Şuşanın azad edilməsi faktiki olaraq Ermənistan ordusunun və Ermənistan dövlətinin çökməsi demək idi. Cənab Prezident qeyd etdi ki, "Şuşanın azad edilməsi günü – 8 noyabr günü Azərbaycanda rəsmi dövlət bayramı elan edildi, Zəfər bayramı elan edildi və biz bu bayramı hər il qeyd edəcəyik". Şuşa şəhərini işğal etdikdən sonra vəhşi erməni qəsbkarları və onların havadarları hər şeyi vəhşicəsinə dağıtmağa çalışıblar. Məqsədləri də doğma yurdumuzu erməniləşdirmək olub. Vəhşilər, dağıntıların miqyası onları belə adlandırmağa vadar edir, təsəvvürə sığmayan miqyasda dağıntılar törədiblər: qədim abidələrimizi, muzeyləri, məktəbləri, bulaqları, evləri, qəbirstanlıqlarımızı dağıdıblar.

Lakin Şuşa təslim olmayıb, Şuşa mərdliklə, qeyrətlə dözüb, müqavimət göstərib, mübarizə aparıb azadlıq uğrunda! Təəssüf ki, beynəlxalq təşkilatlar riyakarlıqla susdular, ya da "erməni konyakı və nəvazişi" ilə susduruldular... Prezident İlham Əliyev bütün dünyaya açıq şəkildə bəyan etdi ki, "Şuşa qədim Azərbaycan şəhəridir. Gələn il biz Şuşanın 270 illiyini qeyd edəcəyik. Pənahəli xan 1752-ci ildə Şuşanın təməlini qoyub və o vaxtdan işğal dövrünə qədər bu şəhərdə həmişə azərbaycanlılar yaşayıblar.

Ermənilər nə qədər çalışsalar da, Şuşadan Azərbaycan ruhunu silə bilmədilər". Bundan sonra Azərbaycan torpaqlarına kim göz diksə, buna cürət etsə "Dəmir Yumruq" onun başını elə əzəcək ki, heç izi-tozu da qalmasın! Mən xoşbəxt insanam! Çünki doğma və Müqqədəs şəhərimiz Şuşanı ziyarət etdim və onu azad gördüm! Yaşa, yaşa, min yaşa Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyev! Qarabağ Azərbaycandır!"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti