...

Azərbaycan və Türkiyə XİN rəhbərləri arasında telefon danışığı olub

Siyasət Materials 7 İyun 2021 13:40 (UTC +04:00)
Azərbaycan və Türkiyə XİN rəhbərləri arasında telefon danışığı olub

Bakı. Trend:

Xarici işlər naziri Ceyhun Bayramovla Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirlər bölgədə mövcud olan cari vəziyyət, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı fikir mübadiləsi aparıblar.

Telefon danışığı zamanı, həmçinin ikirərəfli əməkdaşlıq gündəliyi üzrə müzakirələr aparılıb.

Nazirlər, eyni zamanda qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti