...

Ordumuzun atəşi nəticəsində erməni hərbçinin ölümü xəbəri həqiqətə uyğun deyil - MN

Siyasət Materials 16 Avqust 2021 21:41 (UTC +04:00)
Ordumuzun atəşi nəticəsində erməni hərbçinin ölümü xəbəri həqiqətə uyğun deyil - MN

Bakı.Trend:

Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində guya Azərbaycan Ordusu bölmələrinin atəşi nəticəsində erməni hərbi qulluqçunun həlak olması barədə Ermənistan tərəfinin yaydığı məlumat həqiqətə uyğun deyil.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, əksinə, gün ərzində Ermənistan silahlı qüvvələri tərəfindən müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Qarşı tərəfin guya bölmələrimizin itki verməsi barədə yaydığı məlumat da yalandır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti