...

"TurAz Şahini - 2021” təlimlərinə yola düşən heyət Türkiyədə qarşılanıb (FOTO)

Siyasət Materials 2 Sentyabr 2021 17:47 (UTC +04:00)
"TurAz Şahini - 2021” təlimlərinə yola düşən heyət Türkiyədə qarşılanıb (FOTO)

Bakı. Orxan Nəbiyev - Trend:

Türkiyənin Konya şəhərində keçiriləcək “TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimləri iştirak edəcək Azərbaycanın 78 nəfərdən ibarət şəxsi heyəti Türkiyədə qarşılanıb.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin "Twitter" səhifəsində yazılıb.

Qeyd olunub ki, Azərbaycan Hərbi Hava Qüvvələri 2 MiQ-29 və 2 Su-25 təyyarəsi ilə təlimlərdə iştirak edəcək.

Təlimlər sentyabrın 6-dan 17-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti