...

Azərbaycanla İran Gorus-Qafan yolundakı vəziyyəti müzakirə edib

Siyasət Materials 18 Sentyabr 2021 12:27 (UTC +04:00)
Azərbaycanla İran Gorus-Qafan yolundakı vəziyyəti müzakirə edib

Bakı. Elnur Bağışov - Trend:

İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşdə Gorus-Qafan yolundakı vəziyyət haqqında müzakirə aparıb.

Trend-in məlumatına görə, bu barədə İranın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Məlumata görə, görüşdə bölgədəki hazırkı proseslər, Azərbaycan və Ermənistan arasında sərhəd ərazilərdəki vəziyyət, Gorus-Qafan yolunda nəqliyyat vasitələrinin hərəkəti və digər məsələlər müzakirə olunub.

Xatırladaq ki, Gorus-Qafan yolu Ermənistanı İranla birləşdirir. Bu yolun bir hissəsi Qubadlı rayonunun Eyvazlı kəndinin ərazisindən keçir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti