...

Prezident İlham Əliyev: Qoşulmama Hərəkatının sədri kimi biz 30-dan çox ölkəyə maliyyə və humanitar yardım etdik

Siyasət Materials 4 Noyabr 2021 10:33 (UTC +04:00)
Prezident İlham Əliyev: Qoşulmama Hərəkatının sədri kimi biz 30-dan çox ölkəyə maliyyə və humanitar yardım etdik

Bakı. Trend:

Qoşulmama Hərəkatının sədri kimi biz 30-dan artıq ölkəyə maliyyə və humanitar yardım etdik, bir sıra ölkələrə isə ödənişsiz peyvənd dozalarını çatdırdıq.

Trend xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev VIII Qlobal Bakı Forumunun açılışında çıxış edərkən deyib.

“Həmçinin Dünya Səhiyyə Təşkilatına donor kimi 10 milyon ABŞ dolları həcmində maliyyə yardımı ayırdıq. Bu addımlar, eləcə də dünyanın aparıcı dövlətlərinin məsuliyyətli yanaşması məsələnin həllinə töhfə verə bilərdi”, - deyə Prezident İlham Əliyev əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti