...

İqtisadiyyatın durğunluğu fonunda Ermənistandan getdikcə daha çox insan mühacirət edir - "Eurasianet" portalı

Siyasət Materials 10 Noyabr 2021 08:03 (UTC +04:00)
İqtisadiyyatın durğunluğu fonunda Ermənistandan getdikcə daha çox insan mühacirət edir - "Eurasianet" portalı

Bakı. Trend:

Ermənistan iqtisadiyyatının durğunluğu fonunda və onun İkinci Qarabağ müharibəsində məğlubiyyətindən sonra getdikcə daha çox erməni ölkəni tərk edir.

Trend-in məlumatına görə, bu barədə Eurasianet portalında yerləşdirilən məqalədə bildirilib.

Məqalədə qeyd edilib ki, rəsmi məlumatlara görə, 2021-ci ilin üç rübündə Ermənistanı ölkəyə daxil olanlarla müqayisədə 103 min çox insan tərk edib. Bu, ölkə əhalisinin təxminən 3 faizini təşkil edir. Tərk etmələrin çoxu - demək olar ki, 64 min nəfər - ilin birinci rübünün payına düşüb.

Ermənistan sakinlərinin sözlərinə görə, siyasi və təhlükəsizlik vəziyyəti nəzərə alınmaqla Ermənistanda ailələrin perspektivləri ümidsiz görünür və buna görə də çoxları Rusiyaya pul qazanmaq üçün getməyə qərarına gəlir.

Məqalədə qeyd olunan təhlilə əsasən, Ermənistan iqtisadiyyatının vəziyyəti mühacirətin əsas səbəbi olaraq qalır, lakin son vaxtlar səbəblər sırasına müharibədən sonrakı çağırışlar da əlavə olunub.

Məqalədə deyilir ki, Ermənistan iqtisadiyyatı 2020-ci ildə 7,6 faiz azalıb:

Keçən ildən başlayan iqtisadi böhran insanları bütün əmanətlərini tükətməyə məcbur etdi

İqtisadçı Qrant Mikaelyan Eurasianet portalına bildirib ki, keçən ildən başlayan iqtisadi böhran insanları bütün əmanətlərini tükətməyə məcbur etdi: "İqtisadiyyatda maliyyə axınının yavaş olduğunu, inflyasiyanın yüksək olduğunu görürük".

"Ölkə 1991-ci ildə müstəqillik əldə etdikdən sonra aşağı məhsuldarlıq və yüksək səviyyəli mühacirət amillərinin birləşməsi səbəbindən əhalisinin təxminən 600 min nəfər azaldığı, ya da təhminən 15 faiz, Ermənistanda demoqrafik vəziyyət uzun müddətdir narahatlıq doğurur".

O, xüsusilə, 1998-ci ili qeyd edib ki, bu zaman iqtisadi böhran siyasi böhran, eləcə də 2008-ci ildə qlobal iqtisadi tənəzzüllə daha da kəskinləşib. Bu illərdə mühacirətdə kəskin artım baş verdi.

Məqalədə deyilir ki, Ermənistanın Miqrasiya Xidmətinin rəhbəri Armen Qazaryan bu qiymətləndirmə ilə razılaşıb.

Bildirilib ki, daha çox erməninin daimi olaraq Rusiyaya köçə biləcəyinə dair işarələr var. Belə ki, Rusiya Federal Miqrasiya Xidmətinin məlumatına görə, bu ilin birinci yarısında 22 minə yaxın erməni Rusiya vətəndaşlığını qəbul edib. Bu, son dörd ilin ən yüksək göstəricisidir:

"İqtisadi amillər bir çox ermənini mühacirət etməyə məcbur edir. Müharibədən sonrakı ağır vəziyyət zəngin ermənilərə də təsir etdi".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti