Bakı. Trend:
Slovakiyanın müxalif partiyaları ABŞ-la hərbi əməkdaşlıq haqqında sazişin ləğvi ilə bağlı ümumxalq referendumunun keçirilməsini tələb edirlər.
Trend xəbər verir ki, bunu yerli KİV-ə müsahibəsində müxalifətin və Sosial Demokratların lideri, respublikanın keçmiş baş naziri Robert Fitso bildirib.
Müqavilə çərşənbə günü ölkənin ali qanunverici orqanı tərəfindən təsdiq edilib və həmin gün prezident Zuzana Çaputova tərəfindən imzalanıb, bununlada sənədin Slovakiya tərəfindən ratifikasiya prosesi başa çatıb.
Müxalif lider, ölkə başçısına açıq məktub göndərərək, hərbi müqavilənin ləğvi ilə bağlı ümumxalq referendumunun keçirilməsi tələbi ilə ölkədə imza toplanmasına başlanacağı barədə məlumat verib.