...

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı

Siyasət Materials 24 Fevral 2022 19:38 (UTC +04:00)
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı

Bakı. Trend:

Nazirlər Kabineti "Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə" qərar verib.

Trend xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il mayın 1-i saat 06:00-dək uzadılıb.

Bu müddət 2022-ci ilin martın 1-də başa çatırdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti