...

MÜSİAD Türkiyə-Azərbaycan qardaşlığını gücləndirir - Rəşad Cabirli

Siyasət Materials 28 Mart 2022 19:55 (UTC +04:00)
MÜSİAD Türkiyə-Azərbaycan qardaşlığını gücləndirir - Rəşad Cabirli

Bakı. Trend:

Azərbaycanda yarandığı gündən bəri qısa müddət ərzində mühüm iş dünyasının təşkilatlarından birinə çevrilən MÜSİAD Azərbaycan 25-ci IBF-Beynəlxalq Biznes Forumu Bakı Sammiti ilə regional dinamikaya təkan verdi.

Trend xəbər verir ki, MÜSİAD Azərbaycan prezidenti Rəşad Cabirli MÜSİAD-ın Azərbaycandakı fəaliyyətini dəyərləndirərək bildirib ki, “MÜSİAD Azərbaycan işi ilə bərabər, bundan sonra da Türkiyə-Azərbaycan qardaşlığını gücləndirəcək.

R.Cabirli açıqlamasında bunları deyib:

"MÜSİAD Azərbaycan və KOBİA-nın əməkdaşlığı ilə təşkil edilən 25-ci IBF həm Türkiyə-Azərbaycan ticarət əlaqələri, həm də regional iqtisadi dinamika baxımından tarixi bir təşkilat oldu. Tədbir çərçivəsində keçirilən panel proqramların əks-sədaları və əməkdaşlıqlarla bağlı imzalanmış müqavilələr, MÜSİAD Azərbaycanın bölgədəki fəaliyyəti Türkiyə-Azərbaycan iqtisadi həyatına güc qatır. MÜSİAD Azərbaycan olaraq biz işğaldan azad edilmiş Azərbaycan torpağı Qarabağın və onun ətrafının yenidən qurulmasına böyük əhəmiyyət veririk. MÜSİAD Azərbaycan hərtərəfli sərmayələrin və layihələrin həyata keçirilməsinə, öz səyləri ilə Türkiyə-Azərbaycan qardaşlığını gücləndirməyə davam edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti