...

Xırdalanda Həştərxan vilayətinin qubernatorunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib (FOTO)

Siyasət Materials 26 Aprel 2022 16:52 (UTC +04:00)
Xırdalanda Həştərxan vilayətinin qubernatorunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib (FOTO)

Bakı. Trend:

Abşeron Rayon İcra Hakimiyyətində Həştərxan vilayətinin qubernatorunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir. Görüşdən əvvəl Abşeron RİH başçısı Abdin Fərzəliyev, Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin və onun rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad etmiş, məzarı önünə tər güllər düzmüşlər.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılmış, məzarı üzərinə tər çiçəklər qoyulmuşdur.

Dünya şöhrətli müğənni, xalq artisti Müslüm Moqamayevin də xatirəsi anılaraq abidəsi önünə çiçəklər düzülmüşdür.

Daha sonra iştirakçılar Xırdalan şəhərinə gələrək burada 1941-1945-ci illərdə Böyük Vətən Müharibəsində həlak olan həmvətənlərimizin əziz xatirəsinə ucaldılan abidəni ziyarət etmiş və xatirələrini ehtiramla yad etmişlər.

RİH binasında baş tutan işgüzar görüşdə Abdin Fərzəliyəv qonaqları Xırdalan şəhərində salamlamaqdan məmnunluğunu ifadə edərək Abşeron rayonu, onun tarixi, memarlığı, yerləşdiyi coğrafi mövqeyi, təbii sərvətləri, turizm və iqisadi imkanları barəsində ətraflı məlumat vermişdir. Həştərxanlı investorları Abşerona dəvət edən Abdin Fərzəliyev onlar üçün lazimi imkanların yaradılacağını qeyd etmiş, rayon ərazisində fəaliyyət göstərən sahibkarlıq obyektləri və onların istehsal etdiyi məhsullar haqqında danışmışdır.
Abşeronla Həştərxan vilayəti arasında əlaqələrin daha da genişləndirilməsi üçün potensialın olduğunu vurğulayan RİH başçısı rayon ərazisində yeni-yeni iş yerlərinin açıldığını və sahibkarlığın, eləcə də investisiya mühitinin inkişaf etdirildiyini qonaqların diqqətinə çatdırmışdır.

Öz növbəsində İqor Babuşkin göstərilən yüksək səviyyəli qonaqpərvərliyə görə minnətdarlığını ifadə edərək Abşeron rayonu ilə Həştərxan vilayəti arasında çoxlu ortaq cəhədlərin olduğunu və əməkdaşlıq üçün böyük imkanların mövcudluğunu qeyd etmişdir. İqtisadi əlaqələrin inkişaf etdirilməsi istiqamətində yeni üfüqlərin açıldığını qeyd edən İqor Babuşkin Abşeron rayonunda istehsal olunan məhsulların Həştərxan vilayətində, eləcə də oranın məhsullarının Xırdalan şəhərində satış mərkəzlərinin yaradılmasının məqsədəuyğun olduğunu bildirmişdir.

Abdin Fərzəliyevi Həştərxan vilayətində işgüzar səfərə dəvət edən İqor Babuşkin Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini, ölkələrimizin səmərəli əməkdaşlıq həyata keçirdiyi bildirmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti