...

Heydər Əliyev həyatını Azərbaycanın inkişafına, xalqının gələcəyinə həsr edib - Elbay Qasımzadə (FOTO/VİDEO)

Siyasət Materials 10 May 2022 00:05 (UTC +04:00)
Heydər Əliyev həyatını Azərbaycanın inkişafına, xalqının gələcəyinə həsr edib - Elbay Qasımzadə (FOTO/VİDEO)

Bakı. Trend:

Mən fəxr edirəm və qürur duyuram ki, Heydər Əliyev kimi nəhəng dövlət xadimi, dünya miqyaslı siyasətçinin rəhbərliyi altında işləmişəm. Heydər Əliyev istər sovetlər dönəmində, istərsə də müstəqillik illərində həyatını, bilik və bacarığını yalnız Azərbaycanın inkişafına, xalqının gələcəyinə həsr edib.

Bunu Trend BİA-nın “Sahil Kərimli ilə Aktual” müəllif videolayihəsinə müsahibəsində Memarlar İttifaqının sədri, əməkdar memar Elbay Qasımzadə bildirib.

E.Qasımzadə ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə şəhərsalma, memarlıq, tikinti-quruculuq, abadlıq işlərinə göstərdiyi məxsusi diqqət və qayğısından, mükəmməl idarəçilik fəaliyyətindən söz açıb. Əməkdar memar ümummili liderlə bağlı xatirələrini danışıb. O bildirib ki, Heydər Əliyev verdiyi tapşırıqların icrasını şəxsən nəzarətdə saxlayır, prosesi izləyir, memarlıq sənətinə aid bütün incəliklərlə bağlı tövsiyələrini ən xırda detalı ilə bildirirdi.

Videomüsahibəni təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti