...

İƏT PA iştirakçılarının Şuşaya səfəri başlayıb

Siyasət Materials 18 May 2022 11:30 (UTC +04:00)
İƏT PA iştirakçılarının Şuşaya səfəri başlayıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Üçüncü Ümumi Konfransının iştirakçılarının Şuşaya səfəri başlayıb.

Trend-in məlumatına görə, qonaqlar əvvəlcə Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olublar və daha sonra isə Şuşa şəhərinə yola düşüblər.

İƏT PA iştirakçıları Şuşada aparılan bərpa və quruculuq işləri ilə tanış olacaqlar, həmçinin Şuşa qala divarları, Şəhər meydanı, X.Natavanın malikanəsi, Cıdır düzü və M.P.Vaqifin məqbərəsini ziyarət edəcəklər.

Qeyd edək ki, dünən Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransı keçirilib. Konfransda Assambleyaya sədrlik Pakistandan Azərbaycana keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti