...

Azərbaycanda multikulturalizm siyasəti bütün parametrlər üzrə tam dolğunluğu ilə həyata keçirilir - Komitə sədri

Siyasət Materials 19 May 2022 11:27 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda multikulturalizm siyasəti bütün parametrlər üzrə tam dolğunluğu ilə həyata keçirilir.

Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Bakıda keçirilən “Prioritet qlobal məsələlər üzrə multikultural perspektivlər” adlı beynəlxalq konfrans çərçivəsində baş tutan “Sülhquruculuq, Sülhməramlılıq və Sabitlik üzrə Dinin Rolu” adlı birinci sessiyada çıxışı zamanı deyib.

M.Qurbanlı bildirib ki, müasir Azərbaycanın qurucusu Heydər Əliyevin əsasını qoyduğu dövlət-din münasibətləri bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

“Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda dinlərarası dialoqa və multikulturalizmə həsr olunan xeyli sayda beynəlxalq tədbirlər keçirilir", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti