...

Azərbaycanla enerji sahəsində olan əməkdaşlığımız regionlarımız üçün strateji əhəmiyyət kəsb edir - Ərdoğan

Siyasət Materials 4 İyun 2022 12:36 (UTC +04:00)
Azərbaycanla enerji sahəsində olan əməkdaşlığımız regionlarımız üçün strateji əhəmiyyət kəsb edir - Ərdoğan
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Şuşa. Trend:

Hər sahədə olduğu kimi, enerji sahəsində də Azərbaycanla mükəmməl səviyyədə əməkdaşlığımız ölkələrimiz və regionlarımız üçün strateji önəm kəsb edir.

Trend-in məlumatına görə, bunu Şuşada keçirilən Bakı Enerji Həftəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müraciətini oxuyarkən Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı bildirib.

Müraciətdə qeyd edilib ki, Bakı- Tblisi-Ceyhan, Bakı- Tblisi- Ərzurum boru xətləri, TANAP kimi megainfrasturuktur investisiyaların reallaşdırılması regional və qlobal enerji təchizatı təhlükəsizliyinə mühüm töhfələr verir.

"Cənub Qaz Dəhlizi üzərində Türkiyəyə 15 milyard, Avropanın digər ölkələrinə isə 10 milyard kubmetr qaz daşınması həyata keçirildi. Azərbaycan Prezidenti İlham Əliyevlə münsaibətlərimizi müttəfiqlik səviyyəsinə yüksəltdiyimiz "Şuşa Bəyənnaməsi"ndə də vurğuladığımız kimi, Cənub Qaz Dəhlizinin tutumunun artırılmasına önəm veririk. Beynəlxalq plandakı mövcud hadisələr atdığımız bu addımların nə dərəcə doğru olduğunu göstərir. Türkiyə-Azərbaycanın energetika sahəsində olan əməkdaşlığının Avropanın enerji təhlüksizliyi üçün daşıdığı həyati əhəmiyyət artıq daha yaxşı idrak edilir. Qardaşım İlham Əliyevin liderliyində Azərbaycanın yenilənəbilən enerji sahəsində ortaya qoyduğu vizyon, regional sabitlik və rifah çərçivəsində yolgöstərici olur. Bu səbəbdən Qarabağ və Şərqi Zəngəzurun "yaşıl enerji" bölgəsi elan edilməsi çox dəqiq bir addımdır. Enerji və enerji təhlükəsizliyinin vacibliyinin artdığı bir dövrdə təşkil edilən Bakı Enerji Həftəsinin uğurlarının davamını diləyirəm", - deyə müraciətdə bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti