Bakı. Trend:
Rusiya və Ukrayna arasında danışıqlar yenidən başlaya bilər.
Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra deyib.
Nazir qeyd edib ki, ötən həftələrdə Ukrayna və Rusiya arasında danışıqlardan uzaqlaşma olmuşdu.
“Lakin son günlərdə istər Ukrayna Prezidenti Volodimir Zelenskinin açıqlamaları, istərsə də bizim etdiyimiz təmaslardan sonra yenidən danışıqlara qayıtmaq üçün zəminin ola biləcəyini görürük. Hər iki tərəf buna razı olarsa, biz də vasitəçi olaraq öhdəmizə düşəni edərik”, - deyə M.Çavuşoğlu əlavə edib.