...

Gürcüstanı sülh və Cənubi Qafqazın inkişafı üzrə ümumi formata cəlb etmək lazımdır - Sabiq prezident

Siyasət Materials 16 İyun 2022 13:48 (UTC +04:00)
Gürcüstanı sülh və Cənubi Qafqazın inkişafı üzrə ümumi formata cəlb etmək lazımdır - Sabiq prezident
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan, Ermənistan və Gürcüstanın bütün Cənubi Qafqazın inkişafı naminə strateji məsələləri həll edəcəyi format yaratmaq lazımdır.

Trend-in məlumatına görə, bunu Gürcüstanın sabiq prezidenti Giorgi Marqvelaşvili “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərə deyib.

"Sülh məsələsi Qafqazda daha əhəmiyyətlidir. Prezident İlham Əliyevin bu mövzuda çıxışına qulaq asmaq maraqlı idi", - deyə o bildirib.

G.Marqvelaşvilinin sözlərinə görə, Gürcüstanı postmünaqişə dövründə sülh və Cənubi Qafqazın gələcək inkişafı məsələlərinin həlli üzrə ümumi formata cəlb etmək lazımdır.

"Gürcüstan və Azərbaycan strateji tərəfdaşlardır, amma Ermənistanla da münasibətləri inkişaf etdirmək lazımdır", sabiq prezident deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti