Şuşa. Trend:
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin investisiya fondunun yaradılması planlaşdırılır.
Trend xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının baş katibinin müavini Qismət Gözəlov Türk Dövlətləri Təşkilatına üzv ölkələrin rəsmi beyin mərkəzlərinin Şuşa şəhərində keçirilən konfransında deyib.
"Biz Türk Dövlətləri Təşkilatına üzv ölkələrin inkişafı və inteqrasiyası üçün 2040-cı ilə qədər türk dövlətləri arasında qarşılıqlı fəaliyyət konsepsiyası haqqında sənəd hazırlamışıq", - deyə Q.Gözəlov bildirib.