...

Azərbaycan əsgərləri icazəsiz silah daşıyan Rusiya sülhməramlılarının avtomobil karvanını saxlayıb

Siyasət Materials 20 İyul 2022 17:47 (UTC +04:00)
Azərbaycan əsgərləri icazəsiz silah daşıyan Rusiya sülhməramlılarının avtomobil karvanını saxlayıb

Bakı. Trend:

Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan əraziyə icazəsiz silah daşınması cəhdinin qarşısı alınıb.

Trend xəbər verir ki, Azərbaycan Ordusunun nəzarət buraxılış məntəqəsində Rusiya sülhməramlılarına aid 1 ədəd 82A zirehli maşın və 3 ədəd "Ural" markalı avtomobil yoxlanılması üçün dayandırılıb.

Avtomobillərə baxış zamanı birinin yük hissəsində yataq döşəkləri arasında 5 ədəd avtomat aşkar edilib.

Qaydaları kobud şəkildə pozaraq silah-sursatı qanunsuz daşıdığına görə, avtomobil karvanı nəzarət buraxılış məntəqəsindən buraxılmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti