Bakı. Trend:
Azərbaycan, Türkiyə və Özbəkistan Zəngəzur dəhlizinin açılmasının vacibliyini vurğulayır.
Trend-in məlumatına görə, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və Özbəkistan xarici işlər naziri vəzifəsini icra edən Vladimir Norovun imzaladığı Daşkənd bəyannaməsində deyilir.
Bəyannamədə tərəflər Azərbaycanın münaqişədən sonra ərazilərinin bərpasında, investisiya yolu ilə Qarabağ və Şərqi Zəngəzur bölgələrinin rekonstruksiyası və reinteqrasiyasında səylərinin dəstəklənməsinin vacibliyini vurğulayır.
Sənəddə qeyd olunur ki, Azərbaycan azad edilmiş ərazilərin bərpası və reinteqrasiyasında Türkiyə və Özbəkistan şirkətlərinin iştirakını yüksək qiymətləndirir.
Bəyannamədə həm də vurğulanır ki, tərəflər Şərqi Zəngəzur və Naxçıvan Muxtar Respublikasını birləşdirəcək Zəngəzur dəhlizinin beynəlxalq nəqliyyat əlaqələrinin genişləndirilməsi üçün vacibliyini vurğulayır.
(Tərcümə: Orxan Nəbiyev)