...

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi yeganə düzgün çıxış yoludur – "Azernews" qəzetinin baş redaktor müavini (FOTO/VİDEO)

Siyasət Materials 15 Sentyabr 2022 14:12 (UTC +04:00)
Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi yeganə düzgün çıxış yoludur – "Azernews" qəzetinin baş redaktor müavini (FOTO/VİDEO)

Bakı. Trend:

Azərbaycanla Ermənistan arasında bütün həll olunmamış məsələlərə, o cümlədən Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası kimi məsələlərə son qoyacaq hərtərəfli sülh sazişi imzalanmayanadək sərhəddə vəziyyətin kəskinləşməsi davam edəcək.

Trend-in məlumatına görə, bunu "Əl-Cəzirə" telekanalına müsahibəsində "Azernews" qəzetinin baş redaktor müavini Orxan Amaşov deyib.

O qeyd edib ki, avqustun 31-də Aİ-nin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilmiş görüş sülh müqaviləsi ilə bağlı predmet danışıqların əsasını qoydu, amma son eskalasiya İrəvanın əldə olunan razılaşmaları icra etmək arzusunda olmadığını göstərir.

Bununla belə, O.Amaşov qeyd edib ki, istənilən təxribat Ermənistan tərəfi üçün xoşagəlməz nəticələrə yol açır və yekunda İrəvanın iri hərbi məğlubiyyətinə gətirib çıxaracaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti