...

Fransa Ermənistanın təhlükəsizliyinə zəmanət verməkdən imtina edib - KİV

Siyasət Materials 30 Dekabr 2022 12:17 (UTC +04:00)
Fransa Ermənistanın təhlükəsizliyinə zəmanət verməkdən imtina edib  - KİV

Bakı. Trend:

Paris Ermənistanın təhlükəsizliyinin təminatçısı rolunu öz üzərinə götürə bilməz.

Trend xəbər verir ki, bu barədə Ermənistan mətbuatı yazıb.

Bildirilir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Ermənistanın baş naziri Nikol Paşinyana Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmamağı tövsiyə edərkən deyib.

Qeyd olunur ki, Paşinyan ötən həftə Cermukda səfirlərlə görüşü zamanı etiraf edib ki, Makron ona KTMT-dən çıxmamaq barədə xəbərdarlıq edib. Çünki Paris Ermənistanın təhlükəsizliyinin təminatçısı rolunu öz üzərinə götürə bilməz.

Bundan əlavə, Ermənistanın ABŞ-dakı səfiri Lilit Makunts da eyni çağırışı ABŞ dövlət katibi Entoni Blinkenin də etdiyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti