...

İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Azərbaycana keçib

Siyasət Materials 24 Yanvar 2023 11:54 (UTC +04:00)
İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Azərbaycana keçib

Bakı. Trend:

İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Azərbaycana təhvil verilib.

Trend-in məlumatına görə, bu barədə bu gün təşkilata üzv ölkələrin xarici işlər nazirlərinin Daşkənddə keçirilən iclasında qərar qəbul olunub.

Qeyd edək ki, Özbəkistanın paytaxtı Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Nazirlər Şurasının 26-cı iclası keçirilir. İclasda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti