...

Prezident İlham Əliyev: Azərbaycan və Misir əməkdaşlığı dərinləşdirilməli və genişləndirilməlidir

Siyasət Materials 28 Yanvar 2023 15:31 (UTC +04:00)
Prezident İlham Əliyev: Azərbaycan və Misir əməkdaşlığı dərinləşdirilməli və genişləndirilməlidir

Bakı. Trend:

Azərbaycan və Misir əməkdaşlığı dərinləşdirilməli və genişləndirilməlidir.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Misir Prezidenti Əbdülfəttah Əs-Sisi ilə mətbuata bəyanatlarla çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

"Cənab Prezident, ilk növbədə Sizi bir daha Azərbaycanda səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Əminəm ki, Sizin səfəriniz Misir-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfə verəcəkdir. Biz bu gün həm təkbətək görüşdə, həm də nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə bir çox məsələləri müzakirə etdik və gələcək əməkdaşlıq haqqında vahid mövqeyə gəldik - bu əməkdaşlıq dərinləşdirilməlidir və genişləndirilməlidir. Bunun üçün bütün imkanlar var və bugünkü səfər bunu bir daha təsdiqlədi.

Biz bundan sonra da beynəlxalq təşkilatlarda birgə fəaliyyət göstərəcəyik, bir-birimizi bundan sonra da dəstəkləyəcəyik, necə ki, bu günə qədər iştirak etdiyimiz beynəlxalq təşkilatlarda - istər BMT olsun, Qoşulmama Hərəkatı olsun, İslam Əməkdaşlıq Təşkilatı olsun, bu təşkilatlar çərçivəsində qarşılıqlı dəstək göstəririk".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti