...

Misir Prezidenti: Danışıqlarımız çox gözəl və müsbət mühitdə keçib

Siyasət Materials 28 Yanvar 2023 16:14 (UTC +04:00)
Misir Prezidenti: Danışıqlarımız çox gözəl və müsbət mühitdə keçib

Bakı. Trend:

Danışıqlarımız çox gözəl və müsbət mühitdə keçib. İstərdim ki, ölkələrimiz arasında münasibətlərin inkişafı ilə bağlı səylərimizi daha da gücləndirək.

Trend-in məlumatına görə, bu barədə Misir Prezidenti Əbdülfəttah Əs-Sisi mətbuata bəyanatında bildirib.

Müzakirələr zamanı Misir və Azərbaycan arasında ticarət dövriyyəsinin artırılmasına dair razılıq əldə olunduğunu qeyd edən Prezident Əbdülfəttah Əs-Sisi deyib ki, bütün bunlar mövcud siyasi iradənin fonunda əlçatandır və inkişaf etdirilməsi mümkündür.

Əbdülfəttah Əs-Sisi Misirin əczaçılıq infrastrukturundan Azərbaycanın dərman ehtiyaclarının ödənilməsi üçün istifadə edilməsinə hazır olduqlarını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti