...

Aİ tərəfindən Azərbaycana qarşı heç bir sanksiya tətbiq olunmayacaq - Borrel ermənipərəst deputata cavab verdi

Siyasət Materials 31 Yanvar 2023 17:12 (UTC +04:00)
Aİ tərəfindən Azərbaycana qarşı heç bir sanksiya tətbiq olunmayacaq - Borrel ermənipərəst deputata cavab verdi
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) Laçın-Xankəndi yolundakı vəziyyətlə əlaqədar Azərbaycana qarşı heç bir sanksiya tətbiq olunmasını nəzərdə tutmur.

Trend-in məlumatına görə, bunu Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Jozef Borrel Avropa Parlamentinin ermənipərəst deputatı Asita Kankonun sualına cavab olaraq bildirib.

Avropa Parlamentinin ermənipərəst deputatı Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsinə 2022-ci il 16 dekabr tarixində Laçın-Xankəndi yolundakı vəziyyətlə əlaqədar sual ünvanlamışdı. Cavab dünən gəlib.

"Sanksiyalar Aİ-nin ümumi xarici və təhlükəsizlik siyasəti məqsədlərinə xidmət edən vasitələrindən yalnız biridir və hazırkı vəziyyətdə nəzərdə tutulmur. Aİ-nin Ermənistan və Azərbaycanla çalışmaları dialoq vasitəsilə həllə nail olmağa yönəlib və hər iki ölkənin rəhbəri buna tərəfdar olub", - Borrel deyib.

O, həmçinin, 2022-ci ilin dekabr ayının əvvəlllərindən Aİ-nin Laçın yolunda və onun ətrafındakı hadisələri diqqətlə izlədiyini əlavə edib. Bundan başqa, ali nümayəndə Aİ-nin Ermənistana yeni mülki missiyasının (EUMA) göndərilməsi məsələsini xatırladıb.

"Avropa İttifaqı Ermənistanın Aİ-nin Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti çərçivəsində ölkəyə mülki missiya göndərmək xahişini cavablandırmaq qərarına gələrək əməkdaşlığın yeni mərhələsini başladıb. Missiyanın məqsədi Ermənistanın sərhədyanı rayonlarında stabilliyə nail olmaq, yerli səviyyədə etimadı möhkəmlətmək və Ermənistanla Azərbaycan arasında Aİ-nin dəstəyi ilə münasibətlərin normallaşmasına yönəlmiş çalışmalara imkan yaradan şəraiti təmin etməkdən ibarətdir", - Borrel deyib.

Xatırladaq ki, hələ bu yaxınlarda, yanvarın 18-də Avropa Parlamenti bir sıra təxribat xarakterli çağırışları əks etdirən anti-Azərbaycan qətnaməsi qəbul edib. Bu, Avropa Parlamentinin qərəzli, birtərəfli siyasətini bir daha təsdiqləyir.

Qarabağda rus sülhməramlılarının müvəqqəti yerləşdiyi zonada Azərbaycanın qeyri-hökumət təşkilatlarının etiraz aksiyası artıq əlli birinci gündür davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti