...

Səfirliyimizə terror hücumu Ermənistana qardaş olan molla rejiminin növbəti təxribatıdır - Afət Həsənova

Siyasət Materials 1 Fevral 2023 13:05 (UTC +04:00)
Səfirliyimizə terror hücumu Ermənistana qardaş olan molla rejiminin növbəti təxribatıdır - Afət Həsənova
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bildiyiniz kimi 27 yanvar 2023-cü il tarixdə Bakı vaxtı ilə səhər saat 8:30 radələrində İran İslam Respublikasındakı Səfirliyimizə silahlı hücum olnub. XİN-in Mətbuat xidmətindən verilən xəbərə görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla səfirliyin binasına daxil olaraq mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. İstisna etmirəm ki, bu xain hücum Ermənistana qardaş olan molla rejiminin növbəti təxribatıdır.

Trend-in məlumatına görə, bunu deputat Afət Həsənova Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

O qeyd edib ki, təbii ki baş vermiş terror aktını mən də öz növbəmdə kəskin pisləyir, şəhidimizə allahdan rəhmət, yaralılara şəfa diləyirəm.

“Həmin hadisəyə dair kamera görüntülərindən aydın olur ki, terrorçu, səfirliyimizə yaxınlaşarkan öz avtomobilini qəsdən qarşıda dayanan nəqliyyat vasitəsinə çırpır. Yaranan səs-küyə baxmayaraq səfirliyimizi “qoruyan” təhlükəsizlik əməkdaşı isə buna heç bir reaksiya vermir. Nəticədə terrorçu maşından düşərək əlində silahla təhlükəsizlik əməkdaşına naməlum işarə etdikdən sonra səfirliyin binasına daxil olub atəş açmağa başlayır. Hətta bundan sonra İran polisinin terrorçunun ardınca bele getməməsi özlüyündə çox büyük suallar doğurur. Məsələ barədə Tehranın polis rəisi Hüseyn Rəhimi məlumat verərkən, hadisənin guya ailə-məişət zəminində baş verdiyini, hətta hadisəni törədən şəxsin səfirliyə iki uşağı ilə gəldiyini bildirmişdir. Təbii ki, kamera görüntüləri onun yalanını açıq şəkildə ifşa edərək əksini göstərir. Ümumiyyətlə İran rejimi son dövrlərdə xüsusən səfirlik və konsulluqlara hücumu ilə seçilir. Bu rejim nəinki İran ərazisindəki, hətta başqa ölkələrdəki xarici nümayəndəliklərə də çoxsaylı hücumlar təşkil etmişdir. Həmin hücumlara dair misallarla vaxtınızı almaq istəmədən mən bu yaxınlarda Azərbaycanın Londondakı səfirliyinə edilən hücumu da xatırlatmaq istərdim. Yadınızdadırsa həmin hücum da dini-siyasi yönümlü radikal qruplaşmalar tərəfindən həyata keçirilmişdir. Bundan əlavə 2022-ci ilin noyabrında sosial şəbəkələrdə Azərbaycanın İran səfirliyi qarşısında etiraz aksiyasının keçiriləcəyi ilə bağlı xəbərlər yayılmışdır. Bütün bunlarla yanaşı, İranın dövlət televiziya kanallarında və digər KİV-lərdə bəzən hərbi rəsmi şəxslərin dilindən ölkəmizə qarşı bu gün də hədələr eşidilməkdədir. 44 günlük Vətən Müharibəsində qazanılan qələbəmizdən narahat olan Ermənistan sevdalısı klerikal rejiminin səfirliyimizdə baş vermiş terror aktı barədə obyektiv araşdırma aparacağına inanmaq əlbətdə sadəlövhlük olardı. Odur ki, fikrimcə bu hadisənin araşdırılması Azərbaycan tərəfinin də iştirakı təmin edilməklə birgə əməkdaşlıq şəraitində şəffaf və obyektiv aparılmalıdır. Həmçinin fürsətdən istifadə edərək xarici ölkələrdə fəaliyyət göstərən nümayəndəliklərimizin mühafizəsinin gücləndirilməsi məqsədi ilə əlavə ştat vahidlərinin və texniki vasitələrin ayrılmasını zəruri hesab edirəm”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti