...

Ceyhun Bayramov Efiopiya Baş nazirinin müavini və xarici işlər naziri ilə görüşüb (FOTO)

Siyasət Materials 1 Mart 2023 17:32 (UTC +04:00)
Ceyhun Bayramov Efiopiya Baş nazirinin müavini və xarici işlər naziri ilə görüşüb (FOTO)

Bakı. Trend:

1 mart 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının COVİD-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşündə iştirak etmək üçün ölkəmizə səfərdə olan Efiopiya Federativ Demokratik Respublikasının Baş nazirinin müavini və xarici işlər naziri Demeke Mekonnen ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə tərəflər iqtisadi, ticarət və humanitar sahələrdə ölkələrimiz arasında əməkdaşlığın perspektivlərini müzakirə ediblər. Müntəzəm qarşılıqlı səfərlərin və Xarici İşlər Nazirlikləri səviyyəsində siyasi məsləhətləşmələrin keçirilməsinin əhəmiyyətli olduğunu bildiriblər.

Tərəflər beynəlxalq təşkilatlarda, o cümlədən BMT və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın əhəmiyyətini və bu təşkilatlar çərçivəsində, xüsusən ərazi bütövlüyü və suverenliyi ilə bağlı qarşılıqlı dəstəyin vacibliyini vurğulayıblar.

Nazir Ceyhun Bayramov Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 illik işğal dövrü, habelə post-münaqişə zamanı ölkəmiz tətəfindən görülən işlər barədə qarşı tərəfə məlumat verib.

Görüş zamanı, eyni zamanda, digər qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti