...

Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır - Giorgi Marqvelaşvili

Siyasət Materials 9 Mart 2023 13:47 (UTC +04:00)
Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır - Giorgi Marqvelaşvili

Bakı. Trend:

Gürcüstan ərazi bütövlüyü məsələsində hər zaman qardaş Azərbaycanı dəstəkləyib. Azərbaycan bizim strateji tərəfdaşımızdır.

Bunu Gürcüstanın keçmiş prezidenti Giorgi Marqvelaşvili X Qlobal Bakı Forumu çərçivəsində Trend-ə müsahibəsində deyib.

G.Marqvelaşvili bildirib ki, Qlobal Bakı Forumunun nüfuzu ildən-ilə artır

"Dünyanı narahat edən məsələlər burada müzakirə edilir", - keçmiş prezident deyib.

O Cənubi Qafqaz ölkələrinin səyləri nəticəsində regionda sabitliiyin bərqərar olacağına ümid etdiyini bildirib.

“Gürcüstan regionda sabitliyin təmin olunması üçün səylərini əsirgəmir. Prezident İlham Əliyevin səyləri də bu istiqamətdədir”, - Gürcüstanın keçmiş prezidenti əlavə edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işə başlayıb.

Martın 11-dək davam edəcək Forumda yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salınacaq, qarşıda duran çağırışların həlli yolları müzakirə olunacaq, dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi məsələlərinə toxunulacaq, postpandemiya dövründə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılacaq. Həmçinin qlobal yoxsulluğun, bərabərsizliyin, iqlim böhranının və münaqişələrin simptomu kimi miqrasiyanın qarşısının alınması üçün tədbirlər əsas müzakirə mövzularından olacaq. İştirakçılar Avropanın gələcəyi ilə bağlı təsəvvürlərini bölüşəcək, populizmin və ekstremizmin mənbəyini araşdıracaq, ona qarşı səmərəli mübarizə yollarını müəyyənləşdirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti