...

Azərbaycanın xarici işlər naziri İsraildə Yad Vaşem memorial kompleksini ziyarət edib (FOTO)

Siyasət Materials 29 Mart 2023 15:52 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri İsraildə Yad Vaşem memorial kompleksini ziyarət edib (FOTO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

29 mart 2023-cü il tarixində, İsrail Dövlətinə rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Holokost qurbanlarının xatirəsinə ucaldılmış Yad Vaşem memorial kompleksini ziyarət edib.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, ziyarəti zamanı nazir Ceyhun Bayramov Holokost qurbanlarına həsr olunmuş abidənin önünə əklil qoyub.

Nazir Ceyhun Bayramov 1953-cü ildən fəaliyyət göstərən memorial kompleksində, həmçinin, Holokost qurbanlarının sənədləri və fotoşəkillərinin sərgiləndiyi muzey və memorialın tədris mərkəzi ilə tanış olub, daha sonra kompleksin xatirə kitabını imzalayıb.

Ziyarət zamanı kompleksin rəhbəri Dani Dayan Azərbaycan nümayəndə heyətinin üzvlərinə memorial kompleksi barədə məlumat verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti